BURA / ORA
"Çalıquşu"nun Fəridələri Tarix : 27 May 2022, 22:30
Yazar : Qadinkimi.com
Rəşad Nuri Güntəkinin ölməz "Çalıquşu" adlı romanının baş qəhrəmanı Fəridə Türk ədəbiyyatında tanınmış qadın simvollarından biridir. 

Fransız məktəbi məzunu olan, idealist müəllimə Fəridə Cümhuriyyət qızlarının ilk ədəbi modelidir. "Çalıquşu"nu oxuyan, izləyən bir çox qız, Anadoluya gedib orada müəllimə olaraq işləmək arzusunda idi. 

Rəşad  Nuri Güntəkinin 1922-ci ildə qələmə aldığı romanın gerçək qəhrəmanı olub. Romana ilham verən Fəridə Polad adlı həmin qadın Bursada doğulub böyüyüb.


Əsərdən parça:  "Kamran, biz əslində yalnız bu gün bir-birimizdən ayrılırıq. Mən əslində bugün dul qalıram. Bütün olan, keçən şeylərə rəğmən, sən yenə bir parça mənimdin; mənsə bütün ruhumla sənin..."
 

 
Ölməz roman əsasında çəkilmiş ekran əsərlərində Fəridə obrazını canlandıran sənətçilər 

1. Türkan Şoray ( 1966- cı il, film olaraq çəkilib) 
 
   
 
  

2. Sezen Aksu (1982- ci il, Hürriyyət qəzeti üçün özəl çəkilmiş fotoroman)
 


     

3. Aydan Şener (1986- cı il, tv üçün serial olaraq çəkilib)
 



  

4. Tuba Ünsal (2005-ci il, tv üçün serial olaraq çəkilib)
 
 

4. Fahriye Evcen (2013-cü il, tv üçün serial olaraq çəkilib)
 
  

Qeyd edək ki, filmlərin ən uğurlusu 1986- cı ildə Osman Fahir Sedenin çəkdiyi çoxbölümlü bədii film olub. Baş rolu Aydan Şenerin oynadığı bu film Rusiyada və Türk Cümhuriyyətlərində izlənməyə görə rekord vurdu. Türkiyə film tarixinin ən uğurlu əsərlərindən sayılır.
 
 

 
Hazırladı: Günel Dəniz
Qadinkimi.com