Azərbaycan əsilli britaniyalı məşhur müğənni  Sami Yusifin görkəmli şair, mütəfəkkir  İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.
	
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin "Sığmazam” qəzəlini təhrif edib, "Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızınıda "xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.
	
İctimai reaksiyalarla bağlı Kult.az-ın sualını cavablandıran Afət Fərmanqızı deyib ki, o, mətbuata ödənişlə - 1000 manat müqabilində açıqlama verir.
	
Müğənni vurğulayıb ki, bu pulu nağd şəkildə aldıqdan sonra açıqlama verə bilər.
	
Qeyd edək ki, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Sığmazam” qəzəlini "Pəncu-şeş” hind mahnısı üzərində oxumuş, eyni zamanda, sözlərini də təhrif etmişdi.
 
		
qadinkimi.com