SƏHƏR XİYAVİ
Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav şəhərində müəllim kimi çalışır.
İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və İnternet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır” adlı kitabı Səhərə geniş oxucu auditoriyası qazandırıb.
Azərin iyirmi biri
Sazaqlı bir gundə Təbriz şəhərin,
Gəzirəm yadınla dolanbadolan.
Sən oldun ana dil, vətən sevgisin
Duyğu əllərinlə könlümə salan.
Sarı əmniyətə gömülübdü vay,
Çırtmak vur diksinsin pəncərəm yenə!
Könlümün sərçəsi nə yaman uyub
Bu kor tələlərə səpilmiş dənə!
Necə mən sevincdən, sevgidən yazım?!
Doğranır dilimdə anamın dili.
Saat qabağından keçən zamanı
Əyilir içimdə atamın beli.
Bərnovlar şaqqıldır əfsərlər düşür,
Qar ustə sürünür gul yanaqları.
Ağappaq köynəklər qana bürünür
Baltalar doğrayır gül budaqları.
Necə arsız yazım sarı sevgidən?!
Güllə-güllə yanır ürəyim başı.
Gördükcə bu şəhid söyüdləri mən
Kəsmədən tökülür gözümün yaşı.
Yanılır türkücə kıtablarımız,
Azər də qor çəkir içımdən mənim.
Kitablar alışır kəlməbəkəlmə
Yoxsa sellül-sellül bədənim mənim?!
Bir ildə qurulmuş şanlı sərgini
Xəzan tez sovurdu, apardı külək.
Qoymadı doyunca bir tamsınaraq
Bu dilin, bu elin şanını görək.
Sevgilim bağışla, bağışla məni!
Mən sənə yarayan yoldaş olmadım.
Əkdinsə qəlbimdə gül-çiçəkləri
Bu bağa vəfalı bağman qalmadım!
Azərin bu qəmli, sazaqlı günü,
İyirmibir gülləylə könlümü yaxın!
Suçlayın, hovlayın bu ğirtəsizi
Asılmış gövdəmə əl çalın, baxın!
İndi qız anadır, anası uşaq
Keçir xiyavandan onlar araba,
Adamlar tələsik gəlib-getmədə.
Bir cavan qadınla, bir körpə uşaq
Gedirlər əl-ələ adamlar içrə.
Anası bərk tutub körpə qız əlin,
Qorxur ki, araba ona toxuna.
Boşlana xırda qız ya ki əlindən,
Baxır ürkək-ürkək o yan-bu yana.
Neçə il sovuşub qız olub cavan,
Qədimki adəti ana başında.
Yenə də keçəndə xiyavanlardan
Tutur tez qızının əlini ana.
Baxıb qız üzünə ananın gülür,
"Anam məni hələ də bir uşaq bilir!”
Fəsillər ötüşüb, illər dolanıb,
Qıza da zamanın tozı calanıb.
İndisə keçəndə xiyavanlardan
Görəndə araba day yaxınlaşır,
Qız ürkək baxır o yan-bu yana,
Yapışır ananın qoca əlini.
Anası fikir verir bu davranışa,
Keçmiş yaya-yaza, payıza-qışa.
Gülümsür qızının cavan üzünə,
Keçən xatirələr gəlir gözünə.
Əcibə evçikdir, qərib oyunçaq,
İndi qız anadır, anası uşaq.
Təqdim etdi Esmira Fuad
qadinkimi.com