SEVGİ, QADIN / KİŞİ
Yanlış seçim ömrün boyu daşıyacağın yük olur. Tarix : 23 İyul 2020, 10:21

 

Yanlış seçim ağrılıdır. Bu ağrıyla yaşamaq çətindi və olmaz. 

 

Bəziləri öz yarısını – həyat yoldaşını, dostunu tapmaq haqda çox düşünür. Bəziləri məktəb, ya tələbəlik illərində vurğunluğa üstünlük verir. Bu illərdə vurulduğu adamı seçir.

Kimisə məsləhətlə seçim edir. tanışlıq yaradır və s.

Əslində öz həyatının sevgisini tapmaq üçün özün hazır olmalısan. Bunun üçün ilk olaraq özün böyüməli, öz mənini tanımalısan. Seçimdə tələskənlik və yalnış bütün ömrün boyu daşıyacağın yük olur.

Əgər seçim edə bilmirsizsə, seçiminizdə yanılmısınızsa, bunu dərd etməyin. Tək qalmanızı bədbəxtlik kimi deyil, azadlıq kimi qəbul edin. Axı siz azad şəkildə, heç kimə uyğunlaşmadan öz işinizlə məşğul ola bilərsiz, boş vaxtlarınızı tənzimləyə bilərsiniz. Siz karyeranızla məşğul olun.

Təbiiki hamıya eyni məsləhəti vermək olmaz.Amma hamımızın diqqət yetirməli olduğu vacib olan öz intiusiyamıza,duyumumuza, ağlımızın səsinə qulaq asmağımızdır.Əslində çox zaman biz onları eşitmirik.Kimlərinsə təsirinə, qohumların təkidinə fikir verməyin. Heç kim sizi özünüzdən yaxşı tanımır və bu həyat sizindir.

 

diktatphotography_nusantra-prewedding-destination-mega-wido_47 ...

 

Kiminsə vasitəsi ilə tanış olmaq olar. Bu da mümkündür. Amma onunla həyatınızı bölüşmək kimi bir borcunuz yox. Əgər sizi qane etmirsə, ayrılın. Ətrafın qınağı haqda düşünməyin. Ağıllı insanlar sizi heç vaxt qınamaz. Həyatınızı ağılsızlara hesablamayın.

Ümimiyyətlə, həyatınızı qonum-qonşuya, qohumlara, sizi tanıyanlara görə dəyişməyə çalışmayın-tələsməyin. Bəlkə də axtardığınız adam lap yaxındadır.

Yox, əgər onu tapdığınızı düşünürsünüzsə, yenə tələsməyin, onu da tələsik addımlar atmağa məcbur etməyin. Bəlkə siz onun axtardığı deyilsiz?
Məhz sizə gərək olan adam olduğuna əminsiznizsə, rahat və azad olun.

Yanında rahat olduğunuz adam sizi xoşbəxt edə bilər.


Əmin deyilsizsə - uzaqlaşın, ömrünüzü hədər etməyin!

 

 


qadinkimi.com