BURA / ORA, YAZI / DÜŞÜNCƏ
100 YAŞLILARIN MƏSLƏHƏTLƏRİ ( III-cü hissə) Tarix : 24 Dekabr 2019, 16:01
Yazar : Qadinkimi.com
100 yaşlılarla aparılan sorğulardan əldə etdiyimiz ümumi nəticələri sizinlə bölüşürük. 

Uzunömürlülük şansdırmı? Sizin bəxtinizmi gətirib?

61. Bu həm də irsi ola bilər.

62. Gördüyünüz işlərin uğurlu olması ömrünüzü uzadır.

63. "Bu daha xeyirlidir” deyə qidalanmayın. Ürəyiniz istəyən ərzaqlardan istifadə edin.

64. Əldən düşənəcən yaşamağı arzulamayın.

65. Ağlınızın, düşüncənizin, yaddaşınızın qayğısına qalın.Müxtəlif kurslara gedin, mütaliə edin. Unutqanlığa qarşı mübarizə aparın.

66. Yumor – yaşamağa kömək edir. 

67. Gülün. Gülüş sevinc gətirir. Ömrü uzadır. Sevinməyə həmişə nəsə tapa bilərsiz.

68. Hər kəsin bir maraq dünyası var. Ətrafınızda, dünyada baş verənlərlə maraqlanın. Dərdinizə qapanıb qalmayın. Yenilikləri izləyin, yeni insanlarla tanış olun. Tamaşalara gedin. Sadəcə həyatdan zövq alın.

69. Nə işlə məşğul olmanız vacib deyil. Mütləq əlavə bir məşğuliyyətiniz olmalıdır: mənzərə, şəhər, ya sevdiyiniz aktyorun şəkillərini, maraqlı deyimləri belə toplamaq olar.

70. Yaş xəstəlik deyil. Bunu unutmayın.
 


101 yaşlı nənənin nəvəsi nənəsi ilə görüş təşkil edib. İştirakçılar nənəyə müxtəlif suallar verib. Nənənin dedikləri:

71. Özünüzü fiziki zədələrdən qoruyun. Ehtiyatlı davranın.

72. Dürüst olun. Mən çox nadir hallarda yalan danışmışam. Hər şey insana qayıdır. Siz dürüst olduqca başqaları da sizə qarşı dürüst olacaq. Yalan ağırlıq gətirir.

73. Özünüzə qapanmayın. Onda Dünya sizə qəribə gəlməyəcək.

74. Başqalarına da qulaq verin. Mütləq yeni nəsə öyrənəcəksiz. Hamıdan çox bildiyinizi göstərməyə ehtiyac olmayacaq.

75. Sevdiyiniz işlə məşğul olsanız, yaşamaq üçün işləmək məcburiyyətini hiss etməyəcəksiniz.

76. Hər gün istirahətə, yatmağa vaxt ayırın.

77. Ailənizi sevin. Heç bir çətinliyə, hətta fikir ayrılığına baxmayaraq doğmalar sizi sevir. Hətta başqalarından pis olduğunu düşünsəz belə, işıqlı sabahlar onlarladır.

78. Hər gün maraqlı bir işlə məşğul olun. Yoxsa marağınız itəcək.

79. Çətin görünsə belə yeni nəsə öyrənin. Bu yaddaşınıza, düşüncənizə kömək edəcək.  

80. Mən həyatıma gözəllik gətirə bilən ən xırda hadisələri belə axtarıb tapıram. Siz də onları görməyə çalışın.
  

(ARDI VAR...)

Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com