YAZI / DÜŞÜNCƏ
100 YAŞLILARIN MƏSLƏHƏTLƏRİ ( II-ci hissə) Tarix : 20 Dekabr 2019, 21:15
Yazar : Qadinkimi.com
LYUSİL LYUS xoşbəxtlik haqda:

28. Həyat – sevincdir. Hər şey insanın özündən asılıdır. Narazılıq etməyin. Hər an xoşbəxt olmaq mümkün deyil. Buna məcbur deyilsiz. Sadəcə məmnun olun.

29. İnsanları sevin. Hər kəsin sevilən bir tərəfi var, onu tapın. Sonucda hamımız insanıq.

30. Yaxşı təhsil alın.Bilik kimsənin sizdən ala bilməyəcəyi xəzinədir.

100 yaşlı Doroti Kasterin fikirlərisə belədir:

31. Nikbin düşünün.

32. Hər səhər idmanla məşğul olun. Trenajordan və ya velosipeddən istifadə edin.  Mən hər səhər 100 – 200 idman hərəkəti edirəm.

33. Fəal olun.100 yaşım olmasına baxmayaraq xizəklə sürüşməkdən də vaz keçmirəm. Həm də düzgün qidalanın.Təmiz havanı, günəşi unutmayın. 

Uzunömürlülərin sayına görə öndə gedən İtaliyanın Sardiniya adasının qocaman sakinlərinin məsləhətləri:
 

35. Uzun illər dərman qəbul etməmişik. Düşünürük ki, onların elə də xeyri yoxdur. Həkimlər sadəcə öz dərmanlarını sınaqdan keçirir.

36. Çox yaşamağa çalışın.

37. Heç nəyə baxmadan irəli gedin.

38. Qoy ətrafınızda, evinizdə çoxlu adam olsun. Müxtəlif adamlar – qoca, cavan, qara, ağ, dünyanın hansı bucağından olursa – olsun. İnsanlar həmişə ruh verir.

40. Geriyə boylanıb təəssüflənməyin. Məqsədinizə doğru gedin.
 


100 yaşlı Dalida da idmana üstünlük verir:

41. Bu qədər yaşamağımın səbəblərindən biri maşınla deyil, piyada gəzməyimdir.

42. Mən sevdiyim hər işlə məşğul olmuşam: balet, rəqs, yoqa. Hər gün 6 km gəzirəm.

43. Viski və siqaretdən vaz keçməsəm də idman yaşamağıma kömək olub.

100 yaşlı həkim Xuanın gənclərə sözü var:

44. Hər birimiz uşaqlıqda necə qayğısız və xoşbəxt olduğumuzu xatırlayırıq.Oyunlardan vaxtında yatmağı, yeməyi unudardıq. Məncə biz yaşlananda da belə olmalıyıq. Ciddi rejimlə yaşamayın.

45. Səhərlər mən adətən kofe, süd, ya bir qaşıq zeytun yağı ilə portoğal şirəsi içirəm. Zeytun yağı çox xeyirlidir. Həmişə özümə bir iş tapıram. İşlə məşğul olduğumdan, vaxt azlığından bəzən naharda süd və peçenye ilə kifayətlənirəm. Axşam yeməyim meyvə, balıq, düyüdən, yağlı olmayan ətdən ibarət olur.

46. Təqaüdə getməyə tələsməyin. Ən azı 65 yaşına qədər işləyin.

47. Həkimlərin sözü ilə cərrahi əməliyyatlara getməyin. Unutmayın ki, həkimlər hamını müalicə edə bilməz. Təbiət və musiqi daha gözəl müalicə edir.

48. Ağrı yaxşı deyil. Amma siz ağrılarınızı unutmağa, həmişə şənlənməyə çalışın.

49. Pillələri piyada düşüb çıxmağa üstünlük verin.

50. Mütaliə sizin sağlamlığınıza kömək edər. Məsələn, mən Robert Braunqin şeirlərindən ilham alıram. Yaratmaq istəyirəm. O deyir ki, elə bil siz yaşayarkən böyük bir çevrə çəkirsiz. Nə qədər ki sağsız bu çevrə qapanmır.

51. Məqsədinizi və ona çatmaq yollarını müəyyənləşdirin

52. Özünüzdən öndə olanlara baxın və onlara oxşamağa çalışın.

53. Çox yaşamaq əladır. 60 yaşa qədər nələrsə əldə etməli, ailəyə görə işləməli oluruq. Sonrasa hər dəqiqəni daha çox dəyərləndirməliyik.

54. Sərvət toplamağa çalışmayın. Bu dünyadan heç nə aparmırıq.

55. Xanımlara bir məsləhətim var: özünüzdən yaşlı adamla ailə qurmaqdansa, gənc olanla ailə qurun.

56. Başqa nə deyim? Sadəcə yaşayın. Mən həyacandan uzaq olmağa çalışıram.

57. Mən həmişə özümə və qarşıma çıxan problemləri həll edəcəyimə inanmışam.

58. Yaşa dolduqca insanlar daha sadə həyat tərzinə üstünlük verir. Mən meyvə və tərəvəzdən daha çox istifadə edir, həftədə iki dəfə balıqla, arada ətlə qidalanıram. Az yeirəm.

59. Borca girməyi sevmirəm. İpotekadan bircə dəfə istifadə etmişəm. Və onu da tez ödəmişəm.

60. Yalnız xoşunuza gələn işlərlə məşğul olun.     
 
 

Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com