YAZI / DÜŞÜNCƏ
100 YAŞLILARIN MƏSLƏHƏTLƏRİ Tarix : 18 Dekabr 2019, 12:53
Yazar : Qadinkimi.com
Cavan olanda bizə elə gəlir ki, yaşlılar özlərini "ağıllı” bilir, ona görə də yerli –yersiz məsləhət verirlər. Əslində bunun səbəbi yaşanmış illər, həyat yollarında gördükləridir. Sadəcə arada qulaq vermək lazımdır. 100 yaşlılar – uzunömürlülər xoşbəxtlik  haqda düşüncələrini, çox yaşamalarının sirlərini bölüşüblər. Onların fikirləri çox maraqlıdır. Onları ümumiləşdirmişik. Bəzilərinin bir – neçə, bəzilərinin daha çox fikirlərini sizə təqdim edirik. Xoşbəxt və çox yaşamaq istəyirsizsə, mütləq oxuyun.

Rut 92 yaşından hər həftə pilateslə (cəld olmayan idman hərəkətləri) məşğul olmağa başlayıb. O həm də dadlı yeməkləri sevir. Rutun dediklərindən:

1. Təqvimə baxmayın. Hər günü bayram kimi yaşayın. 

2. Keyfiyyətli mallar alın. Onlar həmişə dəbdədir.

3. Mən hər gün sadəcə bir az da olsa, havada gəzmək üçün evdən çıxıram.
 


100 yaşlı həkim Edmonun məsləhətləri də maraqlıdır:

4. İdmanla məşğul olmaq vacib deyil. Məncə onun əhəmiyyəti şişirdilir.

5. Cürbəcür vitaminlər qəbul etməyin. Tez – tez həkimə getmək də gərək deyil.

6. Sevin, aşiq olun, evlənin. 

7. Öz nifrətinizi özünüzdə saxlayın. Ətrafdakılara bunu hiss etdirməklə zərər verməyin. 

8. Sevgiyə inanın.

9. Kimsə sizi idarə edə bilməz. Buna razı olmayın.

10. Ağlamaq istəyəndə ağlayın. Bundan utanmayın.

11. Səyahət edin. Pul haqda çox düşünməyin. 

12. Özünüzü heç kimlə müqayisə etməyin. Bu xoşbəxt olmanıza mane olacaq. Kənardan hər şey olduğundan gözəl görünür.

13. Kiminləsə görüşmək, ünsiyyətdə olmaq sizdə narahatlıq, cansığıcı duyğular yaradırsa, onunla münasibətdən uzaq olun.

14. Hər gün özünüzə xoş olan bir iş görün.

15. Xəsislik etməyin.

16. Bağışlayın

17. Öz sevimli işinizi tapın.

18. Problemlər çox zaman öz – özünə həllini tapır.

19. Həmişə valideynlərinizin seçim etməsini gözləmək məcburiyyətində deyilsiz. Hər şey özünüzdən asılıdır: doğru qərarlar verə bilərsiz.

20. Özünüzü tənhalığa məhkum etməyin. Ən azı ev heyvanı saxlaya bilərsiz. Onlar da bizim kimi canlıdır.

21. Sizə dinlə - etiqadla bağlı məsləhət vermirəm. Sadəcə inandığınızı, güvəndiyinizi tapın.

22. Uyğunlaşmağı öyrənin.

23. İtkilər üçün yas saxlamayın.
 


100 yaşlı Edrin Li uzunömürlülük üçün 4 sadə məsləhət verir:

24. Həmişə irəli gedin. Heç vaxt təslim olmayın – ruhdan düşməyin.

25. Çox gəzin.

26. Bolluca su için. Mən birbaşa krandan içirəm.

27. Hətta ölüm arzuladığınızda belə ölməyə dəyməz.

(ARDI VAR)

Çevirdi: KAMALƏ ABİYEVA
qadinkimi.com