İndiyə kimi izahı tapılmayan sirrlər Tarix : 10 Dekabr 2019, 20:34
Yazar : Qadinkimi.com

Elmin əli çatmadığı və izah edə bilmədikləri həmişə sirr olaraq qalacaq. Bu gün elm çox irəliləsə də, aça bilmədiyi sirlər hələ də var. Beləliklə, dünya bir çox sirrlərlə doludur.

 

 


1. Qorillanın dedikləri


Koko adlı Qorilla jestlərlə fikrini ifadə etməyi öyrənmişdi. O, jestlərin köməyi ilə insanlarla ünsiyyət qururdu. Öz məşqçisi Fransin Pattersonla söhbətlərinin birində "Heyvanlar ölümü hiss etdikdə ölmək üçün özlərinə bir mağara tapırlar” demişdi. Bununla bağlı filosofların müzakirələri hələ də davam edir.

 



2. 2000 il yaşayan Markiza


Qədim Çinin Han sülaləsinin varlı xanımlarından olan Sin Çjui 2000 il bundan əvvəl ölüb. Amma onun daxili orqanları, saçı və hətta kiprikləri belə qalmaqdadır. Sin Çjunun bədəninə çəkilən məhlulun tərkibini indiyə kimi müəyyən etmək mümkün olmayıb.

 



3. Başından zərbə aldı – BƏSTƏKAR OLDU


2006 – cı ilin oktyabrında Derek Amato beyin silkələnməsinə səbəb olan zərbə alıb. Bu zərbədən sonra o saçlarının 35 % - ni və yaddaşını itirib. Müalicədən sonra musiqiyə marağı olmayan Derek Amatoda musiqi istedadı yaranıb və o bəstəkar olub.

 



4. "Avstraliya”lı buludlar


Hər ilin sentyabr ayından marta kimi Avstraliyanın Tivi adalarının səmasında tufana səbəb olan Hektor buludları müşahidə olunur. Meteoroqlar buludları görsə də bu hadisəni izah edə bilmirlər.

 



5. "Rəqs edən VƏBA”


1518-ci ildə Strasburqda vəba yayıldı. Bu qəribə xəstəliyi "rəqs edən vəba” adlandırırlar. Çünki xətəliyə yoluxan insanlar durmadan rəqs edirdilər. Bu zaman 400 nəfərdən artıq insan yorğunluqdan, ürək tutmasından həyatını itirdi. Bu günə kimi həkimlər bu xəstəliyin sirrini aça bilməyib.

 



6. 100 yaşlı TRAUBA


100 yaşlı bu motosikl hələ də işləkdir. Motosiklin unikal dizaynı var və heç kim onun mexanizmini öyrənə bilmir.

 



7. Heç kəsin baş açmadığı əlyazma


Litvalı bibliofil ( kitabsevər, kitabları toplayan) Vilfrid Voyniçin 1912 – ci ildə İtaliyada aldığı əlyazma onun adını daşıyır.Təxminən 500 il öncə məlum olmayan dildə yazılmış bu əlyazmanı heç bir kriptoqrafçı oxuya bilməyib. Hətta kod "qırıcılar”ı belə buna nail olmayıb. Əlyazmanın məzmunu hələ də sirr olaraq qalmaqdadır.

 

 


8. Kleopatranın məzarı


Bəşər tarixinin ən məşhur qadınlarından olan Kleopatranın harda dəfn olunduğu da açılmayan sirrlərdən biridir.

 



9. Ən uzun siqnal


1977 – ci ildə Ohayo ştatının universitetinə məxsus radioteleskoplar 72 saniyə davam edən "Ay səni” siqnalını qəbul edib. Bu radioteleskoplar yerdən kənar intellektlərin tədqiqi ilə məşğuldur. İndiyə kimi qeyd olunan siqnallardan ən uzunmüddətlisi olsa da bu vaxta qədər bir daha təkrar olunmayıb.

 



10. Kimə aid olduğu bilinməyən 10 milyon dollarlıq xəzinə


2013-cü ildə bir cütlük evlərindən təxminən 27 min dollar dəyərində sikkələrdən ibarət bir xəzinə tapıb, lakin tarixi dəyərinə görə xəzinə indi 10 milyon dollar dəyərindədi. Cütlük bu sikkələri Amazonda satmağı planlaşdırır. Xəzinəni tapan cütlük insanların evlərinə gələcəyindən qorxaraq tapdıqları yeri açıqlamamağa qərar verib. Xəzinənin sahibi ilə bağlı bir neçə iddia irəli sürülsə də, hamısının əsassız olduğu məlum olub.

 



11. İtkin kənd


Kanadada inuitlərin məskunlaşdığı kiçik kənd təbii dəri ovçularına yaxşı məlum idi. Onlar kənd sakinlərinin köməyi ilə təbii dəri əldə edirdilər. 1930 – cu ildə Ço Label adlı ovçu kəndi yerində tapmayıb. Həmin il kənd sakinləri ilə birlikdə yoxa çıxıb. Axtarışlar heç bir nəticə verməyib.

 



12. Müəmmalı  festsk diski


Gümüş dövründə hazırlandığı təxmin edilən gildən hazırlanmış Festsk diskinin üzərindəki yazıları hələ də oxuyan tapılmayıb.

 



13. 1955 – ci ildə 25 nəfərlik ekipajı yoxa çıxan gəmi


Sakit okeanın cənubunda müəmmalı şəkildə yoxa çıxan Coyta ticarət gəmisi elə hazırlanmışdı ki, batması mümkün deyildi. Gəmini aşkar edəndə isə orada olan insanlardan heç bir iz tapmaq mümkün olmayıb. Bir insan cəsədi belə tapılmayıb.

 



14. Bermey adaları


20-ci əsrə qədər xəritələrdə qeyd olunan və Yukatananın şimalında yerləşən adaların dəqiq sərhədlərini müəyyənləşdirməklə və Meksika körfəzindəki neftə hüququnun olmamasıyla bağlı məsələ gündəmə gələrkən adalar sirli şəkildə qeyb oldu. Axtarışlar sudan başqa heç nə aşkar etməyib.

 


 

15. SİRLİ ADA


Kanadanın Yeni Şotlandiyanın Oyk – Aylend adasında möcüzəvi xəzinə hələ də axtarışdadır. Günümüzə qədər gəlib çıxan folklorlarda bu adada xəzinə gizlədilməsi ilə bağlı məlumatlar var.Uzun illərin axtarışları bir çox tarixi faktları əldə etməyə imkan versə də, xəzinəni aşkar etmək mümkün olmayıb. Xəzinənin 7 nəfərin ölümündən sonra tapılacağı ilə bağlı əfsanə bu günə qədər qalmaqdadır. Xəzinə axtarışında artıq 6 nəfər dünyasını dəyişib.

 



16. "Oğurlanan” iki nəfər


Çarlz Hikson və Kelvin Parker 1973 – cü ildə balıq tutarkən yadplanetlilər tərəfindən oğurluqlandıqlarını iddia edir. Onlar əvvəlcə fit səsləri eşidib, sonra yanıb –sönən mavi işıqları olan ovalşəkilli cisim görüblər. Onlar paralizə olunsalar da şüurları yerində olub. Yadplanetlilər onları müayinə etdikdən sonra buraxıblar.

 



17. Avstraliyanın qeyb olan Baş Naziri


Harold Edbard Xolt Avstraliyanın 17- ci baş naziri olub. O, okeanı çox sevirdi. Dörd nəfərlə gözdən uzaq Şeviot plyajına gedən Baş Nazir üzərkən batır. Onun cəsədi hələ tapılmayıb.

 


 

Çevirdi: Kamalə Abiyeva

qadinkimi.com