BURA / ORA
"İçimizdəki yanğın" filminə təsir edən inqilab qadını - Souha Bechara. Tarix : 11 Noyabr 2019, 15:39

‘İçimizdəki yanğın' filminə ilham olan, özünü inqilaba həsr etmiş qadın: Souha Bechara. 

Souha Bechara, 1967- ci ildə Livanın paytaxtı Beyrutda doğulub. Atası Kommunist Partiyası üzvü idi. 1982-ci ildə Beyrutun İsrail tərəfindən işğal edildiyi zaman özü də partiyaya qatılır. İsrailin adamı sayılan Cənub Livan Ordusunun komandiri General Antoine Lahada sui-qəsd hazırlamağı öz boynuna götürür. Özünü aerobika müəllimi olaraq tanıdıb generalın evində arvadına dərs verməyə başlayır. 1988-cil il 17 Noyabrda Lahad evə gələnə qədər vaxt öldürür və gedənə yaxın generala iki dəfə atəş açır. 
 
General yaralansa da sui-qəsddən xilas olur, Bechara isə tutulub Khiam zindanına atılır. Mühakimə salonuna çıxarılmadan 10 il həbs cəzası alır, 6 ili zəruri təcriddə keçir. Livanda və Avropada keçirilən dəstək kampaniyaları nəticəsində 1998-ci ildə sərbəst buraxılır.
 
Bechara yaşadıqlarını "Resistance: My Life for Lebanon" adlı bir kitabda yazaraq nəşr etdirir. (Türkcədə isə "Dirənişçi" adıyla nəşr olunur), ayrıca Türkiyədə "İçimdəki Yanğın" adıyla göstərilən Kanada filmi "Incendies"in (2010) əsas xarakterinə də qismən ilham qaynağı olur.

qadinkimi.com