SƏNƏT
“Azərbaycan 100 mahnıda”adlı kitabın təqdimatı keçirilib Tarix : 27 Sentyabr 2019, 20:45
Yazar : Qadinkimi.com
 
Qadinkimi.com xəbər verir ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan 100 mahnıda”adlı kitabının təqdimatı keçirilib. XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan layihə Nəfəs Sənət Mərkəzi tərəfindən Xalq artisti Aygün Səmədzadənin rəhbərliyi ilə həyata keçirilib. Gözəl bəstəkarımız daha bir uğura imza atıb. Musiqi tariximizə yazılan, musiqi tariximizi yazan kitabda 35 müəllifin vətən mövzusunda mahnıları yer alıb. Tədbirdə sənət adamları, mahnı müəllifləri, musiqisevərlər iştirak edib. Tədbirin sonunda kitabda yer alan mahnılardan bir- neçəsi səslənib.
 

Qadinkimi.com
 




Qadinkimi.com