HƏR ŞEY / HEÇ NƏ, UŞAQ / BÖYÜK
Özünü tanı - Test 9 Tarix : 19 İyul 2020, 12:44
Özünü tanı
 
Test 9
 
 Xarakterin dözümlülüyü və taleyin zərbələrinə tab gətirmə qabiliyyəti sınağıdı.Test sadə formada sizə təqdim olunsa da məna yükü, özünü tanımaq bacarığı güclüdü.

 Şəkilə nəzər yetirəndə öncə hörümçək toru görünür. Orada hörümçək və başqa böcəkləri təsəvvürünüzdə canlandırın, onları təqdim etdiyiniz ardıcıllığına diqqət edin.

 

 

 

 

 

 

 

Əgər bir hörümçək düşünürsünüzsə, deməli siz aktiv və qətiyyətli bir insansınız, duyğularınıza sahibsiniz və hadisələrə ağılla rəhbərsiniz, buna görə hər hansı bir vəziyyətdən çıxa bilərsiniz.


Hörümçəyin tora ilişdiyini düşünsəniz, onda özünə güvənməyən, təşəbbüs göstərməyən, idarə edilməyə meylli bir insansınız.

 

Sərbəst olan bir başqa böcək də təsəvvür edirsinizsə, deməli bu sizin müşahidəçi mövqeyinizi göstərir. Hər hansı vəziyyətin təhlükə və riskini gözə almadan bir az gözləməyi və yalnız bundan sonra xoşagəlməz sürprizlərin qarşısını almaq üçün planınızı həyata keçirməyi üstün tutursunuz.

Böcəkləri necə tənzimləyərdiniz?

Hörümçək və ya milçəklər bir-birindən təxminən eyni məsafədədirsə, deməli həyatı lazımi səviyyədə qavrayırsınız, dünyada hər şeyin idarə oluna bilmədiyini bilirsəniz də, ancaq vəziyyətlərin cılız qurbanı deyilsiniz.

Bir hörümçəyin yanında bir milçək - deməli həyatı əbədi bir mübarizə kimi qəbul edirsiniz.


Yaxınlıqdakı iki böcək təsəvvür etdinizsə, bu, həyat şəbəkəsindən çıxmaq istəyinizi əks etdirir, bütün bəlaları aradan qaldırmaq üçün mübarizə aparmağa hazırsınız.

 

 

Yeganə İskəndərova

 

qadinkimi.com