BİLİM / DİN
Özümüzü güclü edək Tarix : 27 İyun 2020, 18:34

İnfeksionist, Herba Floranın təsisçisi və aparıcı mütəxəssisi Fizuli Hüseynovun sözlərinə görə, hazırda insanlarımızı ən çox bu sual düşündürür:Necə edək virus bizdən yan keçsin?
"Demək olar hamı bunu düşünür. Amma olmazmı ki, həm belə düşünək, həm də immun sistemini elə vəziyyətdə saxlayaq ki, xəstəliyi yüngül keçirək.Çünki bu virusun insandan insana keçməsi çox asandır. Əlbəttə, olar".
F. Hüseynov belə birməcun hazırlamağı məsləhət görür və bu məcundan gündə 3 dəfə yeməklə güclü immuntetə sahib olmağın mümkünlüyünü qeyd edir.
Lazım olanlar:
Təzə zəncəfil-100 qram
Udi hindi tozu-100 qram

 

 Udi Hindi möcüzəsi


Qarazirə tozu-100 qram
Çiçək tozu-100 qram
Bal-1 kq.
Təzə zəncəfili yuyub təmizlədikdən sonra sürtkəçdən keçirmək, qalan bitkiləri üyüdüb toz halına salıb, hamısını balla qarışdırmaq lazımdır. Bu qarışıqdan gündə üç dəfə, yeməkdən yarım saat əvvəl bir çay qaşığı yemək olar: "Bu, həm immun sistemini gücləndirəcək, həm də bizi depressiyadan çıxararaq mübariz edəcək. Məcunun tərkibi immunteti gücləndirən ən yaxşı bitkilərdən ibarətdir . Ona görə də həvəslə bu məcundan yeyin. Bu məcun tək koronoviruslara görə yox, bütün növ virus, bakteriya və mikrob xəstəliklərinə qarşı  faydalıdır. Allah hamıya şəfa versin!"

 

Bir sıra məsləhətlər də tövsiyə olunur: 

 

Gündə 5 dəfə meyvə - tırəvəz yemək məsləhət görülür.


E vitamininin qəbulu üçün hər gün az da olsa qoz, fındıq, badam yemək xeyirlidir.


Brokli, gül kəlıəm, soğan, sarımsağı da unutmayın.


Paxlakimilər - lobya, mərci, noxud həftədə 2 - 3 dəfə yeyilə bilər. Bunlardan hazırlanan şorbalar çox ləzzətli olur.

 

 

 

İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər tərkibində daha çox  A,C,D,E vitamini olan qidalardan istifadəni tövsiyə edirlər.


qadinkimi.com