Reallıq budur ki, insanlar yaxın olduqları zaman onları uzaqlaşdırmaq daha çətin olur, çünki bağlanırıq, sevirik, güvənirik...
Evimizin qapısını açdığımız insanlara bir daha qapımızı açmırıq, əvəllər səmimi olduğumuz insanlarla susuruq, dinləyib müşahidə edirik, sosial məsafə gözləyirik...
Əslində...
Qapanırıq... Özümüzə, öz dünyamıza... Özümüzü daha çox sevdikcə, anlayırıq ki, başqa kimisə sevmək gərək deyildir...
Əslində...
Planlaşdırdığımız həyatın strategiyasında ssenari təhlilinə daxil olmayan hadisələr baş verir ki, bu da həyatımızı, planlarımızı dəyişir, yeni ssenari yazmalı oluruq...
Əslində...
Ruhumuzu yükləyən, tükəndirən özümüzük, onu yükləyən, tükəndirən insan və amillər ilə özümüz özümüzü əhatə edirik...
Əslində...
Unutduğumuzu və sevmədiyimizi iddia etdiyimiz, sildiyimizi ictimai şəkildə bəyan etdiyimiz insanlar nə unudulmuş olur, nə ona sevgimiz bitir, nə də o silinir. Adını qaralaya bilirik, xatirələri də... Amma o qaralamanın arxasındakını ki, bilirik...
Əslində...
Özümüzü aldatmaqla təskinlik tapırıq...
Bir ana kimi manifest yazıram ki, oxumağı bacaran övladlarım oxusun... Onlar üçün yazıram... daha səmimi, daha dürüst, daha açıq, daha şəffaf, daha cəsarətli olduğumuzu görsünlər deyə...
İnsanlar fərqlidir. Kimdənsə gözləntimiz olduqca, özümüzü üzürük... Hər kəsin seçim hüququ var. Bizim seçim hüququmuz, seçim və qərarımız kiminsə seçim və qərarına zərər vurursa, sadəcə o insandan susaraq uzaqlaşmalı oluruq... Sevsək belə... Özümüzdən çox sevsək belə... Onların xoşbəxtliyi naminə... Onların gələcəyi naminə...
Əslində...
Hər birimiz kimin üçün isə qurbanıq, kimə görəsə özümüzü qurban veririk... Özü də ki, sevə-sevə...
Günel Fərhadqızı
qadinkimi.com