Zəhərlənən tələbə qızlar yaxşılaşıb Tarix : 22 Noyabr 2019, 12:02
Zəhərlənən tələbə qızların vəziyyəti yaxşıdı. Bu haqda Bakı Dövlət Uiversitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova özünün facebook hesabında yazıb. Pərvanə xanımın sosial şəbəkədə verdiyi məlumata görə, universitetin zəhərlənmə diaqozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldı. "Bu gün səhər rektor və müşaviri xəstəxanada tələbələrin yanında olub. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altıdadır. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta oxumaq üçün kitab da istəyiblər".
 
 

qadinkimi.com