1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdü
Uşaqlarımızı qoruyaq
Yaz gününə təsadüf edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildən bütün dünyada qeyd olunur.
Bu günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini həqiqi uşaq problemlərinə yönəltməklə yanaşı, uşaqların yaşam hüquqları, fikir və din azadlığı, təhsili, asudə vaxtının təşkili və s. kimi mühüm məsələləri unutmamaqdır. Uşaqların fiziki və psixoloji zorakılıqdan qorunması, uşaq əməyinin istismarının qarşısının alınması, xoşbəxt, sağlam, nəzakətli və məsuliyyətli insan kimi böyüməsi bütün yetkin nəslin mənəvi borcudur. Bu günün qeyd edilməsi isə bir növ xatırlatmadır.
Dövlət uşaqlara münasibəti insan həyatının vacib bir mərhələsi kimi dəyərləndirir, onların cəmiyyətdə dolğun yaşaması, ictimai əhəmiyyətli və yaradıcı fəaliyyətlərinin inkişafı, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər vətəndaş kimi yetişməsi üçün hər cür şərait yaradır. Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər zaman müxtəlif tədbirlərin keçirilməsilə yadda qalır. Məqsəd dünyada uşaqların vəziyyətinə diqqət çəkməkdir.
Hazırda 60-dan çox ölkədə bu gözəl bayram qeyd olunur. Bu bayramın hətta öz bayrağı var - yaşıl bir kətan, planetimizi bildirən simvolun ətrafında beş çox rəngli semantik adam (qırmızı, mavi, qara, ağ və sarı) var. Bu Yer üzündə yaşayan müxtəlif insanların birliyini simvollaşdırır.
Əziz valideynlər, sizi Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edirəm! Unutmayın ki, uşaqlarımızı təkcə bu gün deyil, hər gün və hər dəqiqə qorunmaq lazımdır.
Yeganə İskəndərova
qadinkimi.com