BİLİM / DİN
Ən güclü gün - 21 iyun Tarix : 21 İyun 2020, 03:46
21 iyundan 22 -sinə keçən gecə ən qısa gecədir.  Əksinə ilin ən üzun günü olur. Təxminən 17 saat davam edir.
 21 iyun yay Günəş duruşu günüdür. 22 iyunda günorta Günəşin üfüqdən hündürlüyü maksimium olur.
21 iyun Yer üzərində yaşayan bütün insanlar üçün ən enerjili gün hesab olunur.
Qədim zamanlardan bu gün xüsusi gün kimi -  Ən böyük arzunu gerçəkləşdirə biəcəyin gün kimi qəbul olunub.


 
 

Bəs bunun üçün nə etməliyik?
İlk olaraq sözün bu gün çox önəmli olduğunu unutmayın. İstənilən pis mənada deyilən sözün gücü böyük ola bilər. Dediklərinizə- nitqinizə diqqət edin. Öz arzunuzun yerinə yetməsini istəyin. Çalışın kiminləsə söhbətdə bunu vurğulayasız. Bütün günü ən gözəl hadisələri xatırlayın, ən gözəl sözləri deyin. 
İkincisi, bu Yerin güclü olduğu gündür. Mütləq torpaqda uzanın. Bütün neqativlərin yerə keçdiyini, ağrıların, yorğunluğun azaldığını hiss edəcəksiz.
Əgər torpağa uzanmaq imkanınız yoxsa, mütləq əllərinizlə torpağa toxunun. İş yerinizdə gərginlik, ətrafınızda pis insanlar varsa, əlinizi dibçəkdə olan torpağa toxundurun. İl boyu siz bu neqativdən uzaq olacaqsız. 
 
21 iyunda arzularınız haqda düşünməyi unutmayın!
Heç kimlə mübahisə etməyin ki, qanınız qaralmasın!
Pozitiv olun! Gününüzü xoş əhvalda keçirməyə çalışın! 
İlinizin uğurlu olacağını düşünün! İnanın!
 

 
qadinkimi.com