HƏR ŞEY / HEÇ NƏ, QADIN / KİŞİ
Yayılan intim videoları qadınların çəkdiyini görmüsünüz? Tarix : 22 Noyabr 2022, 17:30

Azərbaycanda yayılan intim videolarda mənim həssas yerim qadının üzünün görünməsidir.


Qadının üzü görünürsə, bu, faciədir və bunu hər zaman tənqid etmişəm, qınamışam.


Qadının üzü görünməməlidir.


Çünki bizim cəmiyyətdə porno video yayılırsa, videodakı qadın və onun ailəsi, uşaqları, ata-ana, bacı qardaş bütün nəsil bədbəxt olur, qadının da həyatı məhv olur.


Cəmiyyət həmin qadına "fahişə” kişiyə isə "baz oğlan" "bacarana can qurban" deyir. 


Kişinin videosu yayılsa belə ona damğa vurulmur.


Həm də siz nə vaxtsa görmüsünüzmü o şəxsi videoları qadınlar çəksin?


Elə ancaq kişilər çəkir. 


Yayılan videoların başlıca qurbanı qadınlar olur.


Bu səbəbdən qadının üzü görünmürsə kişi nə qədər görünür görünsün bu mənimçün əyləncədir.


Şəhriyar Məhərrəmov

qadinkimi.com