SEVGİ
Yaxşı işim və qazancım olmasa, sevgilim olmayacaq Tarix : 20 Noyabr 2019, 16:49

 

 

Sizə qazanc gətirən işlərdən deyil, mübahisə edə bilməyəcəyiniz işlərdən misal çəkmək istəyirəm. 

 

Mən il ərzində yüzlərlə ümidsizliyə qapılmış kimsəsiz uşaqların həyat tarixçəsini oxuyuram. Özlərinin ürəyəyatan olduqlarını düşünən bu oğlanlar qadınların onlarla ünsiyyət qurmamasından hiddətlənirlər. Mən əlbəttə, burda özüm nəsə deyə bilərdim, amma Alek Bolduin bunu daha yaxşı bacarır. Bu halda Bolduin cazibədar qadın rolundadır. Qadınlar belə açıq və kəskin danışa bilmirlər. Cəmiyyət onsuz da bizə dürüst olmağa imkan vermir, amma mahiyyət dəyişmir: "Yaxşı oğlansan? Bu heç kimə maraqlı deyil. Əgər burda işləmək istəyirsənsə, planı yerinə yetirməlisən”. 

"Nə? Yaxşı işim və qazancım olmasa, mənim sevgilim olmayacaq”. Xeyir, bu sənin düşüncələrindir. Səninlə razılaşmayanların qarşısında özünə bəraət qazandırırsan. Ona görə ki, onlardan daha üstün və eqoistsən. Soruşuram "nə təklif edirsən? Ağıllısan? Maraqlısan? İstedadlısan? Ambisiyaların var? Fərqlisən? Tamam. Sən bunları göstərmək üçün nə edirsən?”.

Yaxşı oğlan olduğunu demə. Bu, kifayət deyil. Xoşagəlimli qızlarla hər gün 36 dəfə gözəl rəftar edən oğlanlar var. 


"Axı mən cani, qəddar, xəsis deyiləm! Başqalarından fərqliyəm!” 


Bağışla, bunu eşitmək sənin üçün çətin olsa da, heç bir mənfi cəhət olmayan siyahindən başqa heç nəyin yoxdursa, kənara çəkil, cəhənnəm ol. Uğurlu gələcəyi olacaq yaraşıqlı oğlan yaralını əməliyyat etməyə hazırdır.

Bu, qəlbinə toxundu? Yaxşı, nə olsun? İndi nə edəcəksən, oturub üzüləcəksən, ya gedib cərrah olacaqsan? Bu, özündən asılıdır. Qızların alçaqlara meyllənməsindən gileylənmə. Alçaqlar qızlara nəsə təqdim edirlər. "Axı mən yaxşı dinləyiciyəm”. Doğrudan? Əslində sən sadəcə sakitcə o qızın yanında oturub, onun dərisinin necə yumşaq olması barədə xəyallara dalmaq istəyirsən. İndi təsəvvür et ki, həm yaxşı dinləyici olan, həm də gitara ifaçısı olan başqa biri də var.

Yalnız yaxşı olduğunu demək bilirsən nəyə bənzəyir? Elə bil ki, sən dadlı yeməklər deyil, sadəcə adamları zəhərləməyən yeməklər verilən restoransan. Yaxşı olduğunu düşünsən də, özünü yaxşı hiss etmirsən. Ona görə ki... 


ÖZÜNƏ HEÇ BİR ADDIM ATMADIĞIN ÜÇÜN NİFRƏT EDİRSƏN 


Həmişə "Sahibkarların arzuladığı işçi olmaq üçün nə etməliyəm?” əvəzinə, "Necə iş tapım?” deyirik. Yəni "Neynəyim ki, gözəllərin xoşuna gəlim?” düşünməkdənsə, onların xoşuna gələn biri olmağa çalışmalısan. Görürsüzmü, bu zaman siz bəzi hobbilərinizdən əl çəkməli, xarici görünüşünüzə diqqət etməlisiniz. Allah bilir, bəlkə də özünüzü dəyişməlisiniz.


"Niyə məni olduğum kimi sevən birini tapa bilmirəm?”- deyə soruşacaqsan. Cavab:"Ona görə ki, insanlara çox şey lazımdır. Yaralını qan aparır, sənsə "məgər güllə yarasından əməliyyat olmadan sağalan yoxmu?” düşünərək, ona üzgünlüklə baxırsan".


Ya başqa bir görüntü təsəvvür elə. Çoxlarına qəribə gələn bir müğənni alt paltarı yerinə Amerika bayrağını özünə sarıyıb səhnəyə çıxır. Sən səhnəyə atılıb bunu edə bilərsənmi? O oğlansa, qələbənin yolunu bilir: Heç nə etməməkdənsə, nəsə etmək daha yaxşıdır.


"Mən də hər işdə bacarıqlı deyiləm” - amma işin müsbət tərəfi də var: bunu təkrarlamaqla daha yaxşı ola bilərsiz. Mən yeniyetmə ikən yazmağa başlamışdım və çox uğursuz bir yazar idim. 25 yaşında daha yaxşı yazmağa başladım. Ancaq yazılarımla pul qazanana kimi 7 il sərasər ümdsizcə hər həftə məqalə yazırdım. Nyu-York Taymsın (New York Times) bestsellerinin siyahisinə düşmək və kifayət qədər yaxşı yazmaq üçün 13 il sərf etdim. Mənasız yazılarımı qaydaya salmaq üçün 20000 saat gərək oldu. 


Yeni vərdişlər əldə etmək üçün bütün zamanını sərf etmək xoşuna gəlmir? Sənə yaxşı və pis iki xəbərim var: Usanmayan fədakarlığınız sizə öz qınınızdan çıxmanıza kömək edəcək. Mən illərlə cansıxıcı ofis həyatı yaşamışam, çünki unikal bacarıqlara sahib olacağımı bilirdim. Nəticəni görə bilməyənlər işlərini sona çatdırmırlar. Onlar nəticənin prosesin özü olduğunu anlamırlar. 


Pis xəbər odur ki, siz planı yerinə yetirmək istəyirsinizsə, işləməlisiniz. 

Çox da təcrübəli olmayan zənnimə görə sizin özünəhörmət hissinizin olmaması, ya adamların sizə qarşı acımasız olması özünə nifrətin səbəbi deyil. Siz heç nə etmədiyiniz üçün özünüzə nifrət edirsiz. Hətta özünüz belə "özünüzü olduğunuz kimi sevə bilmirsiz” –bax buna görə xoşbəxt ola bilmirsiz, mənə "həyatımla nə edim” deyə məktub göndərirsiz. 


Başqalarının təqdim etdiklərinə (televizor, musiqi, video-oyunlar, saytlar) nə qədər vaxt sərf etdiyiniz haqda düşünün. Bu vaxta özünüz də nəsə edə bilərsiz! Bu sizin var olmanızı dəyərli edər. Əgər bu dediklərim xoşunuza gəlmirsə, siz uşaqlıqdan deyilənlərlə "içinizdə olanlarla” yaşamaq istəyirsizsə, sizə ancaq bir söz deyə bilərəm... 

 

İsaak Pintoseviçin "Varlan" kitabından

Çevirdi: Kəmalə Abiyeva, xüsusi olaraq qadinkimi.com üçün