Qarşımda uzun illər sonra sahib olduğum bir siyahi var. Sənin bir kənara qeyd etdiyin kimi; bunlar da mənim təcrübəmin məhsuludu. İstər öz qeydlərinə qat, istər sonluğa öz xurcunundan əlavə et. İstəsən fikir ver, istəsən at.
İÇİNDƏKİ "SƏN"İ SEV…
1. KARYERANI QIZLIQ SOYADINLA QUR; İndi çəhrayı rəngdədi hər şey, bilirəm; Başlayanda elə olur. Ortalarda da idarə etmək mümkündü. Amma gün gəlir "Ərinin soyadı ilə" tanındığını fərq edirsən. Boşanma mərhələsi olduqda, yeni bir SƏN inşa etmək məcburiyyətində qalırsan. İş həyatında o günə qədər etdiyin hər şey (əgər ərin məhkəmə qərarıyla onun soyadını daşımağına icazə verməsə) alt-üst olur. Həm də ”icazə”yə nə gərək var ki? Öz adınla, soyadınla, şanınla irəlilə. Qalıcı olan SƏNsən... Sənin əməyindi.
2. ÇALIŞ, HEÇ VAXT DAYANMA; Ərin sənə deyəcək: "Əşşi, nə ehtiyac var, mən pul qazanıram da. Sən evdəki həyatın dadını çıxar. Uşağına bax, qonum-qonşuya get, idmanla məşğul ol, mətbəxdə vaxt keçir, alış-verişə - filan çıx, uzan yat, istədiyin kimi vaxt keçir". "Şirin gələcək, asan gələcək" sərf edəcək bəlkə. Etmə. Özünü inkişaf etdirməyi, özünə sərmayə qoymağı unutma. Bacarıqlarına yönəl, xəyallarını unutma. Oxu, çalış, yarat. Seçimlərinin bir müddət sonra "tək başına ayaqda durduqda" anlamı olacaq.
3. ÖZ ÖLÇÜNÜ ÖZÜN GÖTÜR; Sənə "O qədər də güclü deyilsən” deyəcəklər. "Sən bunu edə bilməzsən" etiketini də yapışdıracaqlar. "Bu hardan çıxdı", "Çata biləcəyin xəyallar qur” deyəcəklər... Səni ləngidəcəklər. Çaşdıracaqlar, təəssüfləndirəcəklər. Bəzən də potensialının olmadığına "inandıracaqlar”, kim bilir… Aman ha! Qəti inanma, durma, dayanma! Nəyə nail olmaq istəyirsənsə, o-san.. Hara baxsan, ora gedərsən. Sənin ölçünü özündən başqa heç kim müəyyən edə bilməz. Öz paltarını özün tik. Necə istəyirsən elə ol. Uzlaş, lakin dəyişmə, çevrilmə.
4. TƏRƏZİN NƏ QƏDƏR GÖSTƏRİR? Hər söhbətə müdaxilə etmə. Hər məsuliyyətin altına girmə. Hər yükü daşıma. Sonradan ruhsal çöküntü yaradacaq, sənə "kaş ki" dedirdəcək heç bir şey etmə. Başqasının haqqına girmə. Unutma; Hər tərəzi, müəyyən ağırlığa qədər çəkir. Daha artığını çəkmək tərəzini sıradan çıxarar. Hər şeyin öhdəsindən gəlmək borcun yoxdur; Hər problemin həlli sənlik deyil. Sən də insansan. Enerjinlə, ruhunla, onsuz da daşımalı olduğun yükünlə gedəcək xeyli yolun var. Daha artığına can atma. Nə olur, bilirsənmi? Bir müddət sonra insanlar səni yüksək qiymətləndirsə də, sənə qıymadıqlarını desələr də, bu sadəlövh (!) yanaşmalar bir p…a yarımır. Medalın və xəstəliklərinlə təkbətək, həyatı sorğulamağa başlayırsan. Harada? Xəstəxana dəhlizlərində, ərşə çəkilən yuxunu axtardığın gecələrdə, əlin-qolun qalxmadıqda həyatla bağlı ümidlərini mühakimə edəndə peşman olacaqsan...Etmə. Qəti etmə.
5. ÖZ NƏĞMƏNİ SÖYLƏ; Kimisi ələ salar, geyindiyin paltara, gülüşünə, oturuşuna-duruşuna qarışar, sözdə "düz yola" çəkər, səni bütün "xoş niyyət"ləri ilə yorar. "Rəqs etmə, bacarmırsan" deyənlər də olacaq. Səsinin pis olduğundan dəm vuranlar da. Susma. Canın harada, nə zaman, necə istəsə, elə oxu. Sənin həyatın sənin nəğməndi. Notlar sənin, qulaq sənin, səs sənin. Nə istəyirsənsə, onu oxu. Öz mahnını yaz. Bağıra-bağıra oxusan belə qoy ifanın altında sənin imzan olsun. Öz mahnısını yaza bilməyənlər söz atacaq; Gülümsə.
6. YADDAŞINI DİRİ TUT; Nə idin? Haralarda idin? Hara gedirsən? Necə olardı? Nələr yaşayardın? Suallarından əsla vazkeçmə. Hər səhər qəhvəni içərkən siyahini gözdən keçir; Haradasan, nə edirsən? "Biz" olub tamamilə fərqli bir yerdə bir marafona qatılmışkən, "Mən" arxa tərəflərdə bir yerdə ilişib, təng-nəfəs və ümidsiz halda qabağından ötüb gedən karvana baxır bəlkə? Əsla, unutma! Başlanğıc nöqtəni, başlama səbəbini yalnız getdiyin yolla tamamlaya bilərsən.
7. QƏLBİNİ DİNLƏ; Nə olursa olsun, nəyin bahasına başa gəlirsə gəlsin, ürəyini dinlə. Səni hara aparırsa aparsın, sənə nə edərsə etsin, ürəyini dinlə. Dibinə qədər sev, sonuna qədər get, olmadısa tamamilə başqa bir yola dön. Hətta istəyirsənsə dayan, amma hər zaman özünü, hər zaman ürəyini dinlə. İnsanların meyllərinə, təpkilərinə, tənqidlərinə aldanıb, "təsdiqlənmiş" yolu seçmə. Öz yolunla get. Ürəyinin yoluyla.
8. Əl ÇƏKMƏYİ BACAR; İsrar etmə. Bitibsə, inad etmə. Sərbəst burax, özünü də, yolundakıları da. Əgər tale deyə bir şey varsa, əlbəttə, təzahür edəcək. Əgər bir şeylər "fərqli" olacaqsa; Əlbəttə, yeni şəkildə olacaq. Buraxmağı bacar. Vazgeçmək = özgürlük . Vazgeçmek = yeni seçimlərə doğru irəliləmək. Heç bir seçim gələcəyi "pis" dəyişdirməyəcək. Sən də qibtə etdiyin insanlar qədər azadsan, sürprizlərlə dolusan, rəngarəngsən.
9. HƏR KƏS ÇIXIB GETDİKDƏN SONRA, QALAN MƏNZƏRƏ SƏNİ XOŞBƏXT ETSİN; Ərin də gedə bilər, sevgilin də. Uşağın Allahın əmri ilə gedəcək. Anan, atan... Tək qala bilərsən. Cibinə nə yığmısansa, odur taleyin. Hesablamısanmı? Nələr toplanıb boğçanda? Özünə aid, kimsədən asılı olmayan nəyin var? Təkliyini dolduracaq nə qazanmısan? Məsələ budu. Nə qədər tez olsa, o qədər yaxşıdır. Hələ hərəkətə keçməmisənsə, indi başla.
10. HƏR BAŞLANĞIC YAXŞIDIR; Seçimlərini edərkən şərtlərə ilişib qalma. O şərtlər bu anın şərtləridir və sənin bugünə qədərki təcrübələrindi. Vəssəlam. Bundan sonranı araşdır. İçindəki o BAMBAŞQA SƏN-lə tanış olmamısansa, onu kəşf et. O SƏN, səni həmişə xoşbəxt edəcək, yalqız buraxmayacaq; Əmin ol. Özünə tutun. Başlanğıclar insanı diri saxlayar. Sonlara tutunsan, yıxılarsan. İÇİNDƏKİ SƏNƏ şans ver. Səni utandırmayacağını görəcəksən.
Qadinkimi.com