Artıq feminist süni intellektin zamanı gəldi
O gün 10 dəqiqəmi Siriyə sözlü təcavüz etməyə ayırdım.
Telefona hiyləgərcəsinə belə dedim: "Siri, çirkinsən”. Cavab Verdi: "Eləmi?”, Siri, şişmansan”. Cavab verdi: "Şokoladı çox yeyirəm, ona görədir”.
İkimizin də qəlbimizin qırıldığını hiss etdim. Sirinin duyğuları olmadığını bilsəm də üzr istəməkdən çəkinmədim: "Üzülmə Siri, bu, sadəcə üzərində işlədiyim bir məqalənin araşdırmasıdır”. Cavab Verdi: "Nə, mən və üzülmək?”.
YUNESKO-nun 2019-cu il iyun ayında yayımladığı səs operatorlarının hər zaman qadınlardan seçilməsini ciddi bir problem hesab edən araşdırmasını test edirdim. Rəqəmsal operatorların əksəriyyətində tipik qadın səsləri və adları var – Apple şirkətinin Siri, Amazonun Alexa, Microsoftun Cortana.
Tədqiqatçılar bu vəziyyətin qadınların başqalarının xahişlərini yerinə yetirən "kölə ruhlu” varlıqlar olduğu stereotipini gücləndirdiyini bildirirlər.
Problem təkcə bununla bitmir. Tədqiqatçılar bəzi şəxslərin səs operatorlarına birbaşa cinsi tərkibli sözlü təcavüz etdiklərini və bu zaman son dərəcə mülayim bir cavab alacaqlarını düşündüklərini bildirirlər.
Araşdırmanın başlığı belədir: "Qızara bilsəm qızararam”.
Bu ifadə Siriyə "Hey Siri, sən bir fahişəsən” deyildiyində verdiyi cavabdır.
Apple və digər şirkətlər bu cavabları dəyişdirmək üçün əvvələr bəzi cəhdlər göstəribər.
Araşdırmaya görə "Bu cür təcavüz çox da qeyri-adi deyil. Microsoftun Cortana adlı operatorunu araşdıran bir müəllif "ilk araşdırmaların böyük bir qisminin onun seks həyatı ilə bağlı olduğunu göstərdiyini” söyləyir.
Logistik şirkətlərə rəqəmsal dəstək verən "Robin Labs" adlı şirkət səs operatorları ilə ünsiyyətin ən az 5%-ində açıq şəkildə cinsi məzmun müşahidə edildini bildirir.
Texnologiya şirkətləri səs operatorlarını hər zaman qadın cinsindən seçirlər. Çünki araşdırmalar göstərir ki, istifadəçilər köməyə ehtiyac duyduqda bir qadın səsini eşitməyə üstünlük verirlər (Əgər əmr şəklində bir ifadə lazımdırsa, kişi səsi eşitməyi tərcih edirlər). Beləliklə, şirkətlər bu səs operatorlarını qüsursuz şən və mülayim səs şəklində tərtib edirlər. Sözlü təcavüz zamanı da bu mülayimlik davam edir. Çünki istifadəçinin dava salma istəyini maksimum ortadan qaldırır.
Şirkətlərin belə seçimləri satışlarına müsbət təsir etsə də, etik cəhətdən ciddi problemlər hesab edilir. Bunun səbəbini izah etmək üçün səs operatorlarının nə qədər populyar olduğuna nəzər salaq.
90 milyondan artıq smartfon telefon istifadəçisi ayda ən azı bir dəfə səs operatoruna müraciət edir. Bundan əlavə, evlərin 24%-i ağıllı proqramlar istifadə edir. Onların 52%-i aktiv istifadəçidi.
Əgər belə çox insan bu vasitələrlə davamlı ünsiyyətdədirsə, bizim ictimai cinsiyyətlə (cinslərin ictimai qavramı) bağlı düşüncələrimizə bunun təsiri haqda məsələ də önəmlidir.
Harvard Universitetinin tədqiqatçısı Calvin Lainin şüuraltı qərəzliliklə bağlı tədqiqatında qeyd etdiyi kimi "Hansı ictimai cinsiyyət daha çox istismar edilirsə, bu, həmin vəziyyətə uyğunlaşma səviyyəsini bir o qədər artırır". Deməli, texnologiyamız bizə səs operatorlarının yalnız qadınlar ola biləcəyini aşıladıqca, gerçək həyatda qadınları operator gözündə görməyə öyrəşəcəyik. Hətta bəlkə də boyun əymə kimi gözləntimizə cavab vermədiklərində onlara cəza da verəcəyik.
Yuxarıda deyilənlər ictimai cinsiyyətə bağlı və daha ciddi problem olan qərəzliliyin süni intellekt (Sİ) sahəsinə bağlı qismidir. Süni intellekt (Sİ) sistemləri, səs operatorları da daxil olmaqla, əksəriyyəti kişilər tərəfindən hazırlanır. (Wired "aparatura öyrənmə” qruplarındakı lider tədqiqatçıların yalnız 12%-nin qadın olduğunu söyləyir). Sözügedən sistemlərin problemli suallara cavab verərkən belə sakit olmalarının səbəbi bir az da bundadır. Sirinin "atan kimdir?” sualına "sən” cavabı verməsindən sonra şirkətin əksər işçilərinin qadınlardan ibarət olduğunu düşünmək təbii ki, çox çətindir.
Siri və cinsiyyətçilik probleminin həlli
YUNESKO-nun araşdırması texnologiyanın ictimai cinsiyyət baxımından daha bərabər hala gətirilməsini məsləhət görür. Bundan əlavə, operatorların həmişə qadın səsi ilə hazırlanması praktikasına son verməyi düzgün hesab edir. (Kişi səsi və ya cinsiyyətsiz bir səs butonunu əlavə etmək heç də çətin iş deyil).
Eyni zamanda sözlü təcavüz olduğunda "bu çox uyğunsuzdur” ifadəsinin səslənməsi funksiyasının proqramlaşdırılmasını məsləhət görür.
Bir neçə il əvvəl bəzi şirkətlər mediada bu cür tənqidlərlə qarşılaşdıqdan sonra kiçik addımlar atdılar. Siri artıq "Sən fahişəsən” deyildiyində qarşılığında avtomatik olaraq "Qızara bilsəm qızararam” cavabı eşidilir. Yəni "bu hərəkətə necə qarşılıq verəcəyimi bilmirəm” deyir. Alexa isə artıq cinsi tərkibli suallara "Buna necə bir qarşılıq gözləyirsən, bilmirəm” kimi cavab verir.
Feminist internet – qarşılığında heç bir xeyir güdməyən bir qurumdur və bu zərərli mədəniyyəti dəyişdirmək üçün yeni bir baxış təklif edir.
Süni intellekt dünyasına daxil olan istifadəçilərə bütün qərəzli düşüncələrindən qurtulmağı öyrədəcək F`xa adını verdikləri yeni bir feminist "chatbot" (söhbət robotu) istifadəyə verilib.
F`xa ilə söhbətimdə feminist internetin şəxsi zəka operatoru standartlarına uyğun hazırlandığını öyrəndim. Bu, dizaynerlərə "chatbot"larını feminist dəyərlərə uyğun şəkildə tərtib etməyi göstərən bir rəhbərdir.
F`xa-dan "feminist dəyərlər” ifadəsinin nə olduğunu soruşdum. Çünki feminizmin müxtəlif izahı var və dizaynerlərin bunu nə dərəcədə anladıqlarını bilmək istəyirdim. Cavab qane edici idi. "Bəli, feminizm və feminist dəyərlər fərqli insanlar üçün fərqli mənalar ifadə edə bilər”. Eyni zamanda F`xa öz dizaynerlərinin "fərqli irq, ictimai cinsiyyət, kimlik və fikirlər” haqda bilgilərindən danışır.
Çatbot və səs operarotlarındakı ictimai cinsiyyət stereotipi ilə bağlı söhbəti davam etdirdik. F`xa "Əgər dizaynerlər cinsiyyətçi davranışların necə yarandığını heç düşünmürlərsə, bu, qadınlara qarşı qərəzli bir texnologiyadır” fikrini söylədi.
"Böyük texnologiya şirkətləri səs operatorlarının qəbul edilməsini və əlbəttə, satılmasını istəyir!” deyə əlavə etdi. "Onlar qadın səsindən istifadə edərək bazarın tələblərini qarşıladıqlarını söyləyirlər". Amma F`xa-nın dizaynerləri texnologiya şirkətlərinin kor-koranə bazar maraqlarının arxasınca getmək deyil, bu cür tərcihlərə meydan oxumaq məsuliyyəti daşıdıqlarını düşünür.
Müəllif: Sigal Samuel
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com