BİLİM / DİN
Xəyalınız və gerçəklik-psixoloji testlər Tarix : 07 İyun 2020, 21:02

Psixoloji Test 


Xəyalən meşəyə gəzintiyə çıxın.

Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı...


1. Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın: Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı?


2. Meşədə özünüzü necə hiss edirsiz? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz?

 

3. Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilib baxanda açar olduğunu görürsünüz. Nəyin açarıdı? Nə edəcəksiniz? Açarı yerdən qaldıracaqsınız, ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz?


4. Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsəvvür edin. O nə edir? Gördüyünüz an nə hisslər keçirdiniz? O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz?

 

 Təbiət şəkilləri - Foto albom - --Idrak Foto studio---


5. Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız?


6. Daha irəli gedib bir hasarın qarşısında dincəlirsiniz. hasar hündürdü, nazikdi, hansı materialdandı?


7. Hasarın o biri tərəfində olmalısız. Bunu necə edəcəksiz? Keçməyiniz asandır?

 

8. Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. Böyükdür, ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlıdır? Orada oturan heyvana baxmaq istərdiniz?


9. Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətinizi cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Reaksiyanız necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitsə nə edərsiniz? 


10. Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?

 

11. Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi?


12. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, bunu bildirən bir işarə var. Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb?


13. Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqə var, ya əksinə, qarmaqarışıqdı? Bu evdə neçə otaq var? Sayını deyin və bir-bir təsvir edin.

 

14. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya çıxardınız?


15. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır, yoxsa hər tərəf parakəndədi? Siz orada nə qədər zaman keçirdiniz?


16. Siz evi tərk edirsiniz. Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi?


17. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan.


18. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsiz? Sizdə hansı hissləri oyadır?


19. Siz gəmi görürsünüz. Necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz?

 

Oyunun formasına baxmayaraq psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdir. Assosiativ təfəkkürə əsaslanır, yəni testlərdə "düzgün" cavabları "uyğunlaşdırmaq" istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır. Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unutmayın.


Beləliklə, nəticələrə baxaq:

Meşə sizin uşaqlığınızı və uşaqlıqla bağlı fikirlərinizi simvolik əks etdirir. Meşədə nə qədər xoşbəxt olsanız, uşaqlığınız haqqında təəssüratlarınız bir o qədər müsbətdir. Xəyal etdiyiniz meşə nə qədər qorxunc olarsa, məsələn, tutqun, qalın vahiməli meşə təssəvvürünüzə gətirmisinizsə, deməli, uşaqlığınız çətin olub və bəlkə də fikirlərinizdə yetkinlik həyatını təsvir edirsiniz.


Əgər sizə meşənin həddən artıq sıx olduğu görünsə, çox güman ki, yaxınlarınızın əhatəsindən, metronun izdihamından, ofisdən, evdən bezmisiniz.

 

Açar isə həyatın sizə gətirdiyi yeniliklərə münasibətinizi əks etdirir. Sizin açarı qaldırmanız və ya atmanız, tapdığınızda sevinməniz və ya əksinə pis təsir etməsi dəyişiklikləri qəbul etməyə hazır olub olmamağınızı göstərir.


Ayı potensial təhlükəyə reaksiyanızı simvollaşdırır. Əgər siz gizlənərək qorxudan donmuş vəziyyətdəsinizsə, həyatda çox passivsiniz, ayıya tərəf atılırsınızsa, aktiv mövqedəsiniz.

 

Tanış olmayan bulaqdan su içərkən zövq almağınız sevgiyə doğru getmək istəyinizi göstərir. Həqiqi, əsl və saf sevginin həyatınızda olmasına hazırsınız.


Dəniz sevginin həssas, emosional tərəfini təmsil edir. Onun təlatümlü görünüşü, münasibətlərinizin sizi necə cəlb etdiyini göstərir.

 

Hasar həyat yolunda mövcud olan maneələrin simvoludur. Hasarınıza diqqət edin. Simvolik bir hasar və ya Böyük Çin səddi olduğuna diqqət yetirin. Bir hasarın üstündən dırmaşıb çayı keçməyiniz, maneələrin öhdəsindən gəlməyin nə qədər asan olduğunu göstərir. Dürüst cavab vermiş olsanız və heç bir xüsusi qorxu (su və ya yüksəklik) yoxdursa, hər iki maneəni aşmaq təbiətinizə uyğundur.

 

Təsəvvürünüzdə heç bir şey görünməyibsə və ya bunun öhdəsindən gəlməyinizdə sizə kömək edən nəyinsə, kiminsə olması, özünüzə çox güvənmədiyiniz deməkdir. Səbəbi əslində həmişə kimdənsə kömək və dəstək almağa öyrəşməyinizdi. Kimsəsiz meşədə qohumlarınız və dostlarınız hər dəfə sizi o sahildən bu sahilə keçirmək üçün gözləməyəcək. Çalışın özünüz keçə biləsiniz. Əgər mümkün deyilsə, ola bilsin təsəvvürünüzdə həlli müşkül olan  problemlə üzləşmisiniz.

 

Çuxur - gizli təhlükə barədə qavrayışınızdı. Cəsarətlə çuxura dürtülmüşsünüzsə - cəsarətli, ehtiyatsız və ya çox maraqlı birisiz.


Cırtdana münasibətiniz mərhəmətli olduğunuzun göstəricisidi. Onu təpikləyənlər də, çiyinlərində gəzdirənlər də var.


Çay - həyatınızın gedişatının simvoludur. Axının sizə nə qədər sürətli göründüyünü, suyun nə qədər təmiz olduğunu xatırlayın. Dibi və üzərindəki daşlar da həyat çətinliklərini göstərir.

 

Ev - sənsən. Orada özünü necə hiss edirsənsə, özünə münasibətin də elədir.


Zirzəmi - öz şüursuz hisslərinizin qəbuludu. Zirzəmidə özünüzü pis hiss edirsinizsə, xəyallarınızdan qorxursunuz, keçmişin bir çox məqamlarını xatırlamaq istəmirsiniz, gələcəyə baxmaqdan da qorxursunuz. Və bu çox da yaxşı hal deyil, çünki şüursuz qorxular narahatlıq, gərginlik yaradır.

 

Çardaq - təhsil, mədəniyyət, zəka - sizə aşılanmış sosial bacarıqlar üçün bir məcazdır. Təsəvvürünüzdə canlandırdığınız çardağın tör-töküntülü, qarmaqarışıq olmasının mənası-bir zamanlar nə üçünsə, məsələn, diplom almaq üçün hədsiz səy göstərmənizdir.


Qağayılar - qohumlarınızdı. Səsləri, münasibətləri, asılılıqları, yaxınlıqları ilə şərhini siz verin.

 

Gəmi - xəyalınızdır. Nə qədər gözəldi, hansı məsafədə gördünüz -  buna görə xəyalınızdan hansı məsafədə olduğunuzu asanlıqla qiymətləndirmək olar. Ümumiyyətlə, ona çatmaq mümkündürmü? Özünüz qərar verin.

 


İskəndərova Yeganə.

qadinkimi.com