Yağla sinə böyütmək təhlükəlidi - Həkim xəbərdarlığı Tarix : 19 Noyabr 2019, 15:16
Yazar : Qadinkimi.com
Rus həkim əzələlərə yağ vurma təhlükəsi barədə xəbərdar edir!

Həkim və televiziya aparıcısı Yelena Malışeva bədəninə "Vazelin” kimi tanıdığımız neft yağı və sintol vuran insanlara bunun təhlükəli nəticələri ilə bağlı ciddi xəbərdarlıq edib. 

Həkim vazelin və sintol istifadəsi ilə bağlı İnstagram hesabında bunları yazıb: "Əgər maye yağlarının tətbiqi ilə həkimlər məşğul olursa, bu, peşəkar cinayətdir. Amma əksər hallarda bunu qeyri-peşəkarlar və insanların özləri tətbiq edir. Buna son verin! Gözəllik gözləməyin, əksinə sizi uzun əməliyyatlar gözləyir”!
 


Malışevanın sözlərinə görə, döşlərini böyütmək üçün yağ vuran qadınların sayının çoxluğu onun üçün dəhşətli bir "kəşf” olub. Hətta onların yağ tətbiqindən sonra yaranan sağlamlıq problemlərini aradan qaldırmaq üçün Seçenev adına ilk Tibb Universitetində xüsusi şöbə də açılıb. 

Həkim eyni zamanda təəssüflə bu cür prosedur qurbanlarının həyatını xilas etmək üçün əksər hallarda sinələrinin və ya zədələnmiş əzələlərinin götürülməsi məcburiyyətində qaldığını da bildirib.



Mənbə: ria.ru
Qadinkimi.com