SƏNƏT
Vatan konulu şiirler antologiyası Tarix : 07 May 2021, 23:47
Türkiyədə "100 şair 100 şeir - Ana Vətən haqqında şeirlər antologiyası” çap olunub. Buraya 50 türk və 50 Azərbaycan şairinin şeirləri daxildir. Bütün şeirləri ingiliscəyə dəyərli yazıçı, dilçi alim Kamran Nəzirli təmənnasız tərcümə edib. Onlar haqqında avtobioqrafik məlumatların müəllifi də Kamran Nəzirlidir.
Kamran müəllim özü bu haqda bunları deyir: Kitabda haqqımda məlumat gedib. Ankaradakı dostlarıma təşəkkür edirəm. Amma bizdə xəbərlərdə mənim adım bir dəfə də olsun çəkilmir.
Qeyd edim ki, kitaba bizim şairlərdən Nəriman Həsənzadə, Fikrət Qoca, Musa Yaqub, Vahid Əziz, Vaqif Byatlı Ödər, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Musa Ələkbərli, Oqtay Rza, Siyavuş Məmmədzadə, Firuzə Məmmədli, Abbas Abdulla, Rəşad Məcid, Ramiz Qusarçaylı, Elçin Mirzəbəyli, Qulu Ağsəs, Barat Vüsal, Afaq Şıxlı, Əlizadə Nuri, Elnaz Eyvaz (yadıma düşənləri qeyd etdim, 50 nəfərdir!), türklərdən Abdullah Satoğlu, Ali Parlak, Ali Riza Atasoy, Arzu Subakan Kabukçu, Belgin Turan, Cahide Ulash Aytar, Esat Anik, Fatma Uçarlar, Gülten Ertürk, Mehmet Nuri Parmaksız, Gündüz Aydın, Hanifi İşık, Hasan Akar, . Hava Avchi Koseoghlu, Ilter Yeshilay (Ozgechmish),Leyla Shahin, Mahmut Hasgül, Mühittin Arar, Mustafa Ayvalı, Aşıq Selahattin Dündar, Songül Dündar, Tələt Ülker, Vedat Fidanboy, Yusuf Dursun və başqalarının əsərləri daxil edilib.
 
Bir bunu deyən yazı  

 
Kitab böyük marağa səbəb olub. Onun haqqında müxtəlif KİV-lərdə xəbərlər yayımlanıb. Və bu xəbərlərdə Kamran Nəzirlinin adının çəkilməməsi diqqətimi çəkdi. Bu haqsızlıqmı, məsuliyyətsizlikmi, qəsdmi? Cavabsız qalan suallardı... Bəlkə də hamısının cavabı var.
Hər hansı bir əsəri, şeiri tərcümə etmək onu yazmaqdan asan deyil. Bəlkə də daha çətin və məsuliyyətlidir. Kamran Nəzirlinin yaradıcı zəhmətini görməzdən gəlmək kimə və nəyə gərəkdir?
P.S. Tərçüməçinin işi də, həyatı da zülümdür. Hər zaman yaddan çıxır. Bizimkilər onun qiymətini və dəyərini bütün zamanlarda bilməyiblər.
 
 
 
Kamalə Abiyeva