EV / ÇÖL
"Unitazdan daha çirkli qabyuyan süngər" Tarix : 10 Noyabr 2019, 17:38


Rospotrebnadzor yeni araşdırma dərc edib. Araşdırmada infeksiya mənbəyi olan qabyuyan süngərin məişətdə ən təhlükəli əşyalardan biri olduğu üzə çıxıb. 

Ən qorxulu düşmən bizim mətbəxlərdə məskunlaşıb. Bu, hamının bildiyi adi qabyuyan qubka - süngərdi. 

Süngərin nəmli və məsaməli səthində saysız bakteriya yığılır. 

«Hər həftə süngəri dəyişin. Yoxsa, bakteriya inkubatoru unitazın üstündən 200 min dəfə çirkli ola bilər", - RİA Novosti xəbər verir. 

77% araşdırmanın nəticəsində bəlli olub ki, mətbəx qubkalarında koliform bakteriyaları əmələ gəlir. Bu isə ciddi və kəskin bağırsaq infeksiyalarına səbəb olur. 86% nəticəyə görə kif və kirəc yaradır.  18% - nəticədə stafilokok bakteriyası yayır. 

qadinkimi.com