UŞAQ / BÖYÜK
Ucqar bir kənd müəlliməsinin xatirəsi... Tarix : 13 Noyabr 2019, 20:57

Bir gün müəllimlər otağında imtahan vərəqlərini yoxlayırdım. Bir tərəfdən də qız şagirdlərimin səhv cavablarını qiymət ala bilmələri üçün düzəldirdim. Müəllimlər otağına girən bir bəyin bu vəziyyət diqqətini çəkmişdi. Niyə məhz qız şagirdlərin imtahan cavablarını dəyişdirdiyimi soruşduğunda, cavabım bu oldu: "Əgər bu qızlar sinifdə qalsalar, ataları məktəbdən çıxardıb 12-13 yaşında evləndirəcək. Amma keçsələr, evlilik yaşları ən az 15-16-ya qədər uzanacaq. Həm də ən tənbəl şagird belə dərsdə mütləq bir şey öyrənir”. 


Yarım saat keçdikdən sonra direktorumuz məni yanına çağırdı. Müəllimlər otağında nə etdiyimi soruşdu. İmtahan vərəqlərini oxuduğumu söyləyəndə direktor "Bir bəy sənə yaxınlaşıb, ona nə demisən?” soruşdu. Müəllimlik təhsilimi yeni bitirib məzun olmuşdum. İdealist bir xarakterim var idi. Gəncliyin verdiyi cəsarətlə hirsli bir şəkildə sual verdim: "O bəy məndən sizə şikayət edib”? Direktor onun təhsil müfəttişi olduğunu və yoxlamaya gəldiyini dedi. Sonra isə əlavə etdi: "O, mənə dedi ki, direktor, sizi yoxlamağıma ehtiyac yoxdur, çünki sizin çox ağıllı müəllimələriniz var. O müəlliməyə təşəkkürlərimi çatdırın”.
 
 
qadinkimi.com