Bir dəfə insan qartal yumurtası tapdı və onu toyuğun altına qoydu.
Vaxt çatdı balalar yumurtadan çıxdı.
Qartal balası cücələrlə bir yerdə böyüdü və onlara oxşadı: Onlar kimi qaqqıldayır, soxulcan axtarmaq üçün torpaqda eşələnir, qanad çalır və uçmağa cəhd edirdi.
İllər keçdi. Artıq böyümüş qartal bir dəfə göydə qürurlu bir quş gördü.
Qeyri-adi incəliklə o, küləyin ani şiddətini məğlub edir, yalnız nadir halda böyük qanadlarını çırpıb-çalırdı.
Məftun olmuş qartal soruşdu:
— Kimdi bu?
— Bu qartaldır, bütün quşların padşahı, — deyə qonşu toyuq cavab verdi. — O səmaya (göylərə) məxsusdur. Biz toyuqlar isə, yerə məxsusuq.
Beləcə, qartal toyuq kimi yaşadı, toyuq kimi də öldü, çünki toyuq mənşəyinə (toyuqdan əmələ gəlməsinə) inanırdı.
Ətraf mühitiniz sizə təsir edir, istəsəz də, istəməsəz də bunu yadınızda saxlayın. Həm də bu mühitin məhdudlaşdırıcı inandırması heç də sizin qabiliyyət və istedadınızın meyarı deyil.
Bir də...
Hər yaşadığınız həqiqət deyil. Həqiqəti də görmək, duymaq lazımdı.
Qartal olduğunu anlamırsansa, toyuq kimi yaşayacaqsan.
Həyatınıza yaxşı baxın, "yalan"ları görəcəksiniz
qadinkimi.com