Özünü tanı - TEST 3
Depressiyaya meyllisənmi?
Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir.
Şəkilə
heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval - ruhiyyədə
olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız - demək
deyil.
Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir
ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək
olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız.
Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli
siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf
etmisiniz.
Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl
etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib.
Şəkilə əlavə etdiyiniz şəxs
bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə
olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə
edirsiniz.
Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid
etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu
sizi ruhdan salır.
Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var.
Əgər insanın digər tərəfə körpü ilə
etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək
müsbət bir insansınız.
Yeganə İskəndərova
qadinkimi.com