TƏRBİYƏDƏ 10 QIZIL QAYDA:
1. Uşağın sənin kimi və ya sənin istədiyin kimi olmasını gözləmə. Ona sənin kimi yox, özü kimi olmağı öyrət.
2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, bunun hesabını necə ödəyə bilər? O da başqasına həyat verəcək, başqası da digərinə. Bu, qayıtmayan minnətdarlıq qanunudur.
3. Acığını uşağın üstünə tökmə; Qocalanda "acı çörək” yeməyəsən. Nə əkərsən, onu da biçərsən.
4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir. İnan ki, ona öz problemləri səninkilərdən daha ağır gəlir, çünki səndən qat-qat təcrübəsizdir.
5. Uşağı alçaltma!
6. Unutma, insanın ən vacib görüşü – uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilmərik.
7. Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli, onun üçün kifayət qədər etməmisən.
8. Uşaq təkcə həyatına hakim kəsildiyin ətdən və qandan ibarət biri deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli paydı. Ata-ananın sonsuz məhəbbətlə böyütdüyü "öz uşağı" deyil, qəlbi, ruhu olan insandır.
9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqa uşağa etmə.
10. Övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onunla münasibətdə olduqca sevincli ol. Uşaq səninlədisə, artıq bayramdır.
YANUŞ KORÇAK (polyak pedaqoq, yazıçı-publisist, ictimai xadim)
qadinkimi.com