Sarı güllər
Mən ağır addımlarla bir zaman həmişəlik ayrıldığım evin pilləkənləriylə qalxıb qapının zəngini basdım. Qapını o açdı. O, gözlərini mənə zillədi. Bir müddətdən sonra:
- Siz kimsiniz ? – deyə soruşdu.
Təbii ki, aradan 25 il keçmişdi və o, məni tanımaya bilərdi, ancaq mənə elə gəldi ki, o, heç məni görmür.
- Mənəm – deyə cavab verdim. O, məni dərhal səsimdən tanıdı.
- Sən? Niyə gəlmisən?
- Sənə deyiləsi sözüm var.
- Sözünü 25 il əvvəl deyib getdin. İndi də get! – deyə o, qapını üzümə bağladı.
Haqlı
idi. O zaman mən onu başqa qadına dəyişib getdim. Banal bir həyat macərası. Bir
gün də həmin qadın məni qoyub başqasıyla
getdi. Bax belə cəzalandırdı məni Tanrı.
Çox işlər gəldi başıma. Çox haqsızlıqlar yaşadım. Amma ən böyük haqsızlığı özüm
etdiyimi dərk edirdim. Ona görə qayıdıb üzr istəmək istədim. Alınmadı.
Biz bir-birimizi sevirdik. İnstitutun son kursunda evləndik. İkimiz də çox cavan idik. Bir neçə il xoşbəxt yaşadıq. Övladımız olmadı. Qohumlar ayrılmağımızı istədilər. Sevgimiz isə bizi ayrılmağa qoymurdu.Mən ona tez-tez gül alırdım. Hər gün bir dəstə sarı gül. Biz hamıya sübut etmişdik ki, sarı güllər heç də ayrılıq əlaməti deyil. 4 il beləcə yaşadıq. Sonra mən başqa qadınla rastlaşdım. Canımdan artıq sevdiyim qadını qoyub başqasıyla ölkəni tərk etdim. O, evdə tək-tənha qaldı.Bir neçə ildən sonra xəbər aldım ki, o kiminləsə görüşür. Və onların bir oğlu da var. Bu xəbərə həm sevindim, həm də kədərləndim.
Sonra heç nə bilmək istəmədim. Həmişəlik onu unuda biləcəyimi sandım. Lakin qayıtdım və rədd edildim. Qalxdığım pilləkənləri düşmək istərkən ürəyimdə bir dəhşətli ağrı hiss etdim. Sinəm yanırdı. Bir təhər küçəyə çıxdım. Bir neçə addım atdım və.....
Xəstəxanada ayıldım. Məni bura kimin gətirdiyini soruşdum. Bir cavan oğlanı göstərdilər. O, mənə yaxınlaşıb:
- Keçmiş olsun – dedi.-İndi yaxşısınız, amma dünən vəziyyətiniz çox pis idi.
- Çox sağ olun. Əziyyət vermişəm sizə. Bağışlayın.
- Yox. Sadəcə qohum-əqrəbanıza deyə bilmədim. Üstünüzdə heç bir əlaqə vasitəsi tapmadım.
- Çox sağ olun. Mən xaricdən təzə gəldim. Hələ telefon aça bilmədim. Bakıda demək olar ki, heç kimim yoxdur.
- Narahat olmayın. Hesab edin ki, burda bir oğlunuz var.
Bir - neçə gündən sonra xəstəxanadan çıxıb otelə
getdim.
Cavan oğlan çox etibarlı oldu. O, hər gün məni yoxlayırdı.Bir axşam
birlikdə sahildə yemək yeməyi qərara aldıq.
- Mən anamla yaşayıram. Anam neçə illərdir xəstədir. Gözləri görmür. Evdə xadiməmiz var. Mənim yaxşı işim var. Şükür, dolanırıq – deyə o öz həyatından danışdı. O, danışdıqca onun kim olduğunu fikrimdə aydınlaşdırırdım."Odur! Bu oğlan onun oğludur" – deyə fikirləşirdim.
- Sizi bizim küçədən təcili yardımla apardıq o gün. Oralarda kiminsə yanına getmişdiniz? – deyə o məni fikrimdən ayırdı.
- Bakıda heç kimim yoxdur. 25 ildir ki, getmişəm buralardan. Ailəm də yoxdur. Heç işləməkdən vaxtım da olmayıb ailə qurmağa. Mənə çox hörmət elədiniz. Çox sağ olun. Əgər icazə versəydiniz mən sizə ananızın müalicəsində kömək edərdim. Mənim yaşadığım ölkədə güclü klinikalar var. Orada əməliyyat elətdirərdik. Maddi tərəfinə də kömək edə bilərəm. Bank hesabımda xeyli pulum var. Sonra qaytararsınız – deyə mən davam etdim.
- Çox sağ olun. Amma anam heç vaxt buna razı olmaz.
- Siz ananıza pulu mən verdiyimi deməyin. Deyərsiniz ki, işdən mükafat almısınız. Məni isə dostunuz kimi təqdim edərsiniz.
- Yox! Mən bunu sizdən qəbul edə bilmərəm.
- Siz olmasaydınız bəlkə də küçədə keçinəcəydim.
- Bunu kim olsa edərdi.
- Yox. Etməzdi.
- Razıyam! Bir şərtlə. Pulları qəpiyinə kimi qaytaracam sizə.
- Danışdıq.
Almaniyaya təyyarə səhər tezdən endi. Xəstəxananın nümayəndələri onları qarşılayıb xəstəxanaya apardılar. Əməliyyat üç gündən sonraya təyin olundu. O, çox əsəbləşirdi. Gözlərinin açılacağına heç inanmırdı. Tərcüməçi dəfələrlə bu əməliyyatın xırda bir şey olduğunu desə də, o buna inanmırdı.
Üç gün çox tez keçdi. Bu üç gündə mən onun oğluyla daha da yaxınlaşdım. Onlar mənim evimdə qalırdılar. Kiçik, lakin çox səliqəli evimi müvəqqəti onlara vermişdim. Özüm də hər gün işə gedib, qayıdır, sonra adi, maraqsız həyat keçirirdim. Bu günlər doctumun evində qalırdım. Xəstəxanada əməliyyatdan sonra son gün idi. Mən onun oğluna bir dəstə sarı gül verib:
- Qoy ananız gözünü açıb bu gözəl gülləri görsün!
Mən işə getməliyəm. O sevincli anları mən görməyəcəyəm. Açarların yerini
bilirsən. Bakıya qayıdana kimi yaşayın rahat. Mən bir necə gün şəhərdə
olmayacağam,– deyib getdim.
Oğlan gülləri götürüb həkimlərin göstərişiylə bir qədər gözlədi. Sonra tərcüməçi onu içəri dəvət etdi. O, anasının gözlərini sarıqda gördü. Həkim bir anda sarığı qaldırdı və:
-Aç !– dedi. O bu sözü Azərbaycan dilində dedi.
Onlar həkimin sözünü öz dillərində eşidib çox təəccübləndilər. Tərcüməçi gülümsədi və:
- Türkiyədə yaşayıb. Bir qədər bilir dilimizi, – dedi.
O, gözlərini açdı, bir qədər bir nöqtəyə baxdıqdan sonra:
- Sarı güllər! Mən görürəm! – deyə qışqırdı.
Hamı
əl çalmağa başladı. Həzin musiqi sədaları altında həkim xəstənin əlindən öpüb
onu təbrik etdi. Oğlu sevincindən ağlayırdı.
O, anasını qucaqlayıb bağrıma basdı.
Ertəsi gün onlar yenə mənim evimə gəldilər. Dostu adlandırdığı bu naməlum adamın evinə gətirdi oğul anasını. O içəri girib evin hər tərəfini gözləriylə süzdü sonra:
- Sən bu insanı hardan tanıyırsan ? – deyə oğlundan soruşdu..
- Mən ki demişdim sənə o, bizim işdə ezamiyyətdə olanda tanış oldum onunla, - deyə söhbəti bitirmək istədi.
-Kimdir axı bu adam?
- Anacan, bunun nə əhəmiyyəti var ki? Ananın gözü divardan asılan şəkilə dikildi.
- Bu odur? – deyə həmin adamın şəkilini göstərdi.
- Hə. Odur.
- Sən onu necə tapdın? Niyə tapdın? – deyə anam ağlamağa başladı.
- Ana bu bir təsadüfdür. Mən onu tapmadım.
- Hanı o?
- O bir neçə gün olmayacaq.
- Tap onu! Qoy gəlsin! Ona sözüm var!
- Ana, sənin tanımadığın adama nə sözün ola bilər?
- O sənin atandır!
- Nə??!
- O bilmir oğlu olduğunu. Mən ondan gizlətdim.
- Sən? Niyə axı?
- O bizi atdı. Məni atıb başqa qadına vuruldu. Mən özümü çox pis hiss edirdim.
- O bizə gəlmişdi Bakıda. Mən onu rədd etdim – deyə ana davam etdi. Sarı gülləri də o alıb eləmi?
- Hə.
- Bilirəm. O gül bizim gülümüz idi. Sevgi, məhəbbət, birlik gülü idi. Amma sonda ayrıldıq. Bu güllər bir gün ayırdı bizi. Sevgimiz bitmişdi yəqin. Sarı güllər isə bir bəhanə idi.
- Ana. Mən ona oğlu olduğumu deməliyəm. O, mənim atamdır!
Qapı döyüldü
- Bu güllər sizə çatacaq, – deyə cavan oğlan ingilis dilində başa saldı.
Mənim göndərdiyim bir dəstə sarı gülü oğul anasına verib "Sənə yollayıb”- dedi.
O. gülləri götürüb sinəsinə sıxdı və:
- Tap onu!- dedi
Təyyarə Bakıya səhər tezdən uçurdu. Onlar məni çox gözlədilər. Mən gəlmədim. Ancaq aşağıda durub onların getməyini gözləyirdim. Evə onlar çıxdıqdan sonra gəldim ki, onlarla görüşməyim. Içəri girən kimi gözüm güzgüdəki yazıya sataşdı.
Qırmızı pomadayla yazılan "O sənin oğlundur " kəlmələri mənə sanki qanad verdi. Mən qapını bağlayıb evdən çıxdım. Onlar artıq getmişdilər. Mən başqa bir maşına oturub əvvəl gül mağazasından bir dəstə sarı gül aldım sonra düz təyyarə limanına sürdürdüm maşını. Çox həyacanlı idim. Həmişəki kimi gecikəcəyimdən qorxurdum.
Onları foyedə gördüm. Oğluma baxdıqca kövrəlirdim. Nəhayət oğlum məni görüb anasının əlindən tutdu və mənə tərəf addımladı. Bir birimisə sarıldıq. Mən sarı gülləri ona uzadıb "Çox sağ ol… Bağışla məni,”- dedim.
25 ildən sonra bir dəstə sarı gül yenə iki sevən insanı birləşdirə bildi.
Yəqin ki, oğlum da sevdiyi qızla ilk görüşə gedəndə sarı gül dəstəsi aparacaq. Atası kimi…