YAZI / DÜŞÜNCƏ
Təcavüzçü, murdar "kişilərə" görə... Tarix : 23 Yanvar 2020, 12:00
Yazar : Qadinkimi.com
Artıq metroda, ya marşrutda bir qadının yanında otura bilmirik, sıxlıq olanda özümüzü güclə qapıya sıxırıq, birinə bilmədən toxunduğumuzda səhv anlaşılar deyə üzümüz qızarır, ölüb yerə giririk...

Birinin ağır yükü olduğunda belə yaxınlaşıb kömək edə bilmirik. Hansısa bir xanımdan adi yolu soruşa bilmirik. 

Hələ bu azmış kimi şərəfsiz və qeyrətsizlərə görə balaca uşağa belə yaxınlaşıb səhv anlaşılmasın deyə oynada bilmirik. 

Sözdə hər kəs kişi, hər kəs qeyrətli, amma əməldə çoxunda bunu görə bilmədik. 

Qadına təcavüz olanda ya "qadın açıq geyindi, ya gözü-başı oynadı, haqqıdır" dedik. Amma bunu ona edən qeyrətsizə bir söz deyə bilmədik... 

Evindən, anasından, bacısından, həyat yoldaşından xəbəri olmayan biqeyrətlərə görə nə qədər qız, qadın əziyyət çəkir, təcavüzlərə uğrayır. 


Aqil Acalov
qadinkimi.com