BİLİM / DİN
Həyatını elmə qurban verən 10 alim Tarix : 24 Noyabr 2022, 10:29
Yazar : Qadinkimi.com

Tarixdə bəzi elm adamları var ki, bəşəriyyəti irəli aparmaq məqsədilə özlərini elmə fəda ediblər. Zəhərlənən kimyagərlər, zərərli şüalardan xərçəng olanlar, kor olanlar hər birini hörmətlə anırıq.


 Məhz elm üçün həyatını fəda etmiş 10 ixtiraçı alim


1. Mariya Küri

Polyak əsilli Mariya Küri iki ayrı sahədə (kimya və fizika sahəsində) Nobel mükafatı alan ilk qadın və tək alimdir. Radium elementini kəşf edən, ömrünü radiasiya və radioaktiv maddələri öyrənməklə keçirən Küri elə bu radioaktiv maddələrin təsirindən yaranan qan xərçəngi (leykemiya) xəstəliyinə tutularaq həyatını itirib.

 

2. Karl Şeele

İsveçli kimyaçı - əczaçı Karl Şeele bir çox kimyəvi elementin ixtiraçısıdı. İngilis kimyaçısı Cozef Pristli, Karl Şeelenin kəşflərinin çoxunu oğurlayıb məqalələr halında özünün ixtiraları kimi yayınlasa da, sonradan həqiqətlər aydın olur və ixtiraların haqqı yenidən Karl Şeeleye verilir. Şeelenin kəşf etdiyi elementlər arasında oksigen, molibden, volfram, manqan və xlor var. Şeelenin ən maraqlı xüsusiyyəti isə çalışdığı kimyəvi maddələrin dadına baxmağı idi. Ölüm səbəbi hidrogen sianidi dadmaq olaraq tarixə keçib.

 

3. Ser Devid Brüster

Fiziki və tətbiqi optikaya aid bir çox elmi əsərlər yazan şotlandiyalı alim Ser Devid Brüster mayaklar üçün linzalar quraşdırması, kaleydoskopu ixtira etməsi və stereoskopu təkmilləşdirməsi ilə tanınır. Eyni zamanda polyarlaşmanı kəşf edərək və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən edib. Mikroskoplarda linzalar sistemini inkişaf etdirən alim bu fəaliyyətində görmə qabiliyyətinin dörddə üçünü itirib. Bir müddət sonra da kor qalıb. Ser Devid Brüster elm üçün gözlərini fəda edib.

 

4. Elizabet Fleişman Aşeim

Rentgen şüaları üzərində işlər aparmış Elizabet Fleişman X şüalarını təkmilləşdirmək üçün öz üzərində təcrübələr edir. Məruz qaldığı hədsiz rentgen şüalarına görə bədəninin hər bir orqanında xərçəng hüceyrələri yaranır və dünyasını dəyişir.


5. Robert Bunzen

Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq edən alman kimyaçısı Robert Bunzen də öz ixtirasının qurbanı olub. Kimyaçı Bunzen ixtira etdiyi sobada test edərkən kor olub. 


6. Vilyam Ballok

Mətbəə və çap texnologiyasında inqilab sayılan çap avandanlığını kəşf edən Vilyam Ballokun bu kəşfi sayəsində artıq daha sürətli və daha keyfiyyətli çap etmək mümkün idi. Lakin Vilyam Ballok ixtira etdiyi bu maşını təmir etməyə çalışarkən, ayağının üstünə salır və qanqrendən həyatını itirir.


7. Jan - Fransua de Rozier

Fizika və kimya müəllimi olan Rozier şarla ilk uçuş edən və bu kəşfi ilk dəfə test edən şəxsdir. Bu uçuş zamanı partlayan şarla həyatını itirərək "hava yolunda həyatını itirən ilk insan” olaraq adını tarixə həkk etdirib.

8. Tomas Midqley (kiçik)

Qurğuşunlu  benzini ixtira edərək bəşəriyyətin həm sənayedə, həm nəqliyyatda irəliyə getməsini təmin edən Amerikalı məşhur mühəndis və kimyaçı Tomas Midqley (kiçik) qurğuşun zəhərlənməsindən həyatını itirir.


9. Ser Hemfri Devi

Üstün zəkası ilə tanınan ingilis kimyaçı Ser Hemfri Devi kəşf etdiyi qazların alovlanma xüsusiyyətini test edərkən yanaraq ölüb.


10. Aleksandr Boqdanov

Gənc insan qanı yaşlı bir bədənə köçürülərsə yaşlı insan cavanlaşa bilərmi? Bu suala cavab axtaran böyük rus alimi dünyada ilk dəfə qanköçürmə prosesini gerçəkləşdirib. Onun bu icadı bir çox insanın

həyatını xilas etsə də, öz sonunu hazırlayıb, özünə köçürdüyü qandakı malyariya xəstəliyindən vəfat edib.

 

Qadinkimi.com