Tanınmış yazar, psixoterapevt İrvin Yalom özünün "Nitşe ağlayarkən" kitabında faydalı məsləhət verir:
Üz-üzə söhbətlərin müalicəvi dəyərdə olduğuna inanıram. Yalnızlıq xəstəlikləri artıran ən uyğun mühitdir.
Təklikdən uzaq qalın və dərdlərinizi içinizdə böyütməyin.
Həyatda rahat söhbət edib dərdləşə biləcəyin insanların olması ruhi və fiziki sağlamlıq üçün çox vacibdir. Söhbət ortaqlarımız güvəndiyimiz hər kəs - həyat yoldaşı, valideynlər, yaxın ailə üzvləri və dostlar, iş yoldaşları, kouç və ya psixoloqlar ola bilər.
Dəyişimə açıq olun, dəyişməyən tək şey ölülərdir.
Öz seçimləri, qərarları, qaydaları olmayan insan başa düşməlidir ki, başqaları onu idarə etməli olacaq.
Nəsənsə, o ol… Başqa kimliyə bürünmə. Həqiqət olmadan insan kim olduğunu necə kəşf edə bilər?
Taleyimizdən qaça bilməsək də, onun qarşısında dik dayanmağı bacarmalıyıq. Alın yazımızı öz iradəmizlə yaşamalıyıq, taleyimizi sevməliyik.
qadinkimi.com