"Zəif" dedilər, "iradəsiz" dedilər, "gücsüz" dedilər, "şeytanı belə yola gətirər" dedilər...
"Başçı olmaz" dedilər, "dövlət idarə edə bilməz" dedilər...
"ALLAH belə onlardan peyğəmbər seçmədi" dedilər...
Hüquqları var dedilər, amma əzdilər...
"Missiyası ana olmaqdı" dedilər, ana etdilər...
İrəli gedənin əxlaqından şübhə etdilər, geridə qalanın ağlından.. ətəyi qısa olanın tərbiyısindən şübhə etdilər, uzun olanın imanından..
Açıldı əl yellədilər, qapandı ağız büzdülər....
Qaçdı "adamı var" dedilər,
qaldı yerində, intihar etdi, yenə "adamı vardı" dedilər... bezdi, "harınlayıb" dedilər, xoşbəxt görünməyə çalışdı "sirri var" dedilər.
Ağladı, "göz yaşları istəyinə alətdi" dedilər, güldü, "arsızdı" dedilər...
Saçlarını topladı, "görəsən, kiminçün bəzənir" dedilər, toplamadı, "pinti" dedilər...
Şeir yazdı, "hələ də sevdiyini unutmayıb" dedilər, qələmə toxunmayana "cahil" dedilər...
Gerçəkləri dedi "dili uzundu" dedilər, susdu "gözü kölgəli" dedilər.. dedilər... dedilər..
İmmi Əlizadə