Son dəqiqə! Polislər 3 yaşlı Zəhranı tapdılar Tarix : 06 İyun 2019, 14:39
 
Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanı tapıblar.

Bu barədə AZXEBER.COM-a azyaşlının bibisi Validə xanım məlumat verib. Onun dediyinə görə, Zəhranın atası hazırda uşağın yanındadır və onu evə gətirir. Ailəsi polis əməkdaşlarına təşəkkür edib. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

 
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhranın itməsi ilə bağlı məlumat paylaşılmışdı.
 

qadinkimi.com