BİLİM / DİN
Ağ ciyərlərimizə kömək edək Tarix : 26 Noyabr 2020, 23:02

Toyuq yumurtaları ağciyərlərin sağlamlığını yaxşılaşdırır və COVID-19-a yoluxma zamanı onun rahat fəaliyyəti üçün kömək edə bilər.

Bu barədə "RİA Novosti”yə dietoloq Marqarita Korolyova bildirib.

 

COVID-19 zamanı ağciyərləri qoruya biləcək məhsul açıqlanıb

 

O qeyd edib ki, yumurtanın zülalı infeksiya ilə mübarizədə kömək edən immunoqlobilinlərin yaranmasına yardım edir.

"Yumurtanın sarısındakı yağ komponentləri isə, öz növbəsində, ağciyər alveolalarının bir hissəsidir. Bundan əlavə, yumurtanın tərkibində olan A vitamini immunitetin "qatil-hüceyrələr” ifraz etməsini stimullaşdırır, E vitamini isə antioksidandır

 
 *****
 

Ağ ciyərlərin təmizlənməsi insanların ən çox axtardığı sağlamlıq problemlərindən biridir. Ciyərləri təmizləyən qidalar arasında isə limon, qreyfrut, kök, cəfəri və qaragilə kimi meyvə-tərəvəzlər yer alır.

Bunun üçün göstərilən üsullardan istifadə etmək məsləhət görülür:


- 1,5 stəkan suya 2 limonun suyunu sıxın və səhər yeməyindən əvvəl için.

- Nahar yeməyindən əvvəl eyni miqdarda qreyfrut və kök suyunu için. Greyfrut və kök suyu tənəffüs yolu sistemini nizamlayır, qanı təmizləyir.

- Yemək yeyərkən 2 stəkan kalsiumla zəngin qaragilə yeyin.

- Axşam yatmazdan əvvəl isə yenə 2 stəkan qaragilənin suyunu içib yatın.

Bitki çayları, ciyərlərinizi açacaq idman hərəkətləri, açıq havada gəzinti, evkalipt yağı, nanə, sidr ağacının iynə yarpaqları dəmləməsi ilə inhalyasiyalar da çox xeyirlidir.

 

 

 

qadinkimi.az