"Təmiz Dünya" qadın və uşaq sığınacağında yaşayan 2 məktəbli qız uğurlu nəticə əldə edib.
Sığınacağın facebook səhifəsində bu barədə məlumat verilib. Sığınacaq rəhbəri Mehriban Zeynalova "Dərs başlayandan bu yana onlara söz vermişik ki, rübün sonunda ən çox "5” alana xüsusi hədiyyə verəcəyik” sözlərini yazıb.
Onu da qeyd edək ki, sığınacaqda qalan uşaqlar arasında ən yüksək nəticə göstərən ilk 5-likdə qızlar yer alır. Sığınacaq rəhbəri qızların oğlanlar ilə müqayisədə daha çalışqan olduqlarını deyir. Bu da nəticəyə təbii ki, təsir edir. Onları sizə təqdim edirik:
Aysel - 44 (5)
Günel – 27 (5)
Elmira - 23 (5)
Ədilə - 21 (5)
qadinkimi.com