Ömürlük sevginin, seksual arzunun, uzunmüddətli bağlılığın romantik münasibətlərin ailədə yaşanması xülya kimi görünə bilər. Əslində isə bu mümkündü."Biz sevgi üçün doğulmuşuq" adlı kitabda antropoloq və müəllif Helen Fişer yazır: "Bizim heyrətlə "romantik sevgi" adlandırdığımız hiss ağlımızda mümkünsüz bir fikir kimi kök salıb. Bu hiss davamlı ola bilərmi?"
Elm deyir ki, ola bilər. Hətta düşündüyümüzdən artıq uzana bilər. Mədəni planda biz romantik sevgiyə çox hesabcıl yanaşırıq; Ehtirasdan və bağlılıqdan fərqli olaraq. Haqsız da deyilik.
Ailələrin 50 %-i boşanmayla bitir, 2,4 milyon amerikalı cütlük 2012-ci ildə ayrılıb. Rəqəm azalmır, artır. Birgə qalanlar isə xoşbəxt deyillər və narazıdılar. Uzunmüddətli uğurlu münasibətdə qadın və kişi arasında sevgi partnyorluğa, dostluğa daha çox oxşayır nəinki sevgililiyə.
91 % qadın, 86 % kişi sorğuda bildirib ki, sevmədiyi biri ilə nə üstünlüyü olsa da, evlənməz. Araşdırmalar göstərir ki, sevgililiyin ilk mərhələsində ehtiras və bağlılıqdan azad olan münasibətlər uzun sürə bilər.
Cenevrə Universitində aparılan 500 araşdırmadan sonra uzunmüddətli romantik sevginin 5 sirri üzə çıxıb:
1.Onlar "gözübağlı sevgi"ni qoruyurlar. Necə? Kiməsə vurulduğun zaman onu ideallaşdırırsan, qüsur axtarmırsan, onu ən ağıllı, ən yaxşı hesab edirsən. Romantik sevgini qoruyanlar partnyorlarına bu cür baxmağa davam edirlər. Onda olan ən yaxşı şeylərə köklənirlər.
2.Onlar mütləq həmişə nəsə bir yeniliyə can atırlar, dəyişiklik edirlər. Bir-birinə daimi ehtirası, meyli olan cütlük zaman-zaman özlərini təzələyir, müxtəlif əyləncəli metodlardan istifadə edir, qeyri-adi hərəkətlər edir, partnyoru zaman-zaman qısqandırır və kənar flirtlərə əl atırlar. Bu, onların bir-birinə olan ehtirasını gücləndirir.
3.Onlar müstəqilliklərini qoruyurlar. Bir-birindən yapışıb qalmırlar. Hər kəsin öz məşğuliyyəti, marağı, xobbi və peşəsi olur. Heç bir marağı olmayan adam özü kimə maraqlı ola bilər?
4.Onların Həyat eşqi inanılmaz güclü olur. Və bu eşq öz həyatlarına da təsir edir. Böyük həyəcanlar, həyatın qarşılarına çıxardığı hər şeydən zövq almaq, dəyərləndirmək bacarığı, həyatın sevincini və kədərini böyük həvəs və cəsarətlə yaşaya bilən insanlar bir yerdə çox xoşbəxt ola bilirlər.
5.Onlar öz münasibətlərinə özünü realizə etmək, uğur qazanmaq, irəliləmək, inkişaf etmək metodu kimi baxırlar. Bu münasibət onlara özlərini bir fərd kimi böyütməyə, uğurlar qazanmağa vasitə rolunu oynayır. Münasibətlərindən aldıqları güc, enerji onları fərd kimi ruhlandırır. Və ona görə də bu birgəliyə daim ehtiyac duyurlar.
qadinkimi.com