SEVGİ
Sevgi eqonun ölümüdür Tarix : 12 Fevral 2021, 09:38
Sevgi eqonun ölümüdür
Sevginin heç bir ölçüsü yoxdur. Acıdır, adsız bir xəstəlikdir. Gəlir, içindəki ən zərif telə toxunur.
Sevgi, hər şeyi gözə almaqdır. Sevgi qorxmamaqdır. Qorxular dağ kimi üstünə gəlsə də. Sevgi göz görə-görə dəli olmaqdır. 
Sevgi hər gün bir az əriməkdir. Onunla və ya onsuzluqdan, ərimək.  Sevgi bütün ilkləri etdirəndir.
Sevgi çox şeydən vazkeçdirəndir. Zövq kimi, alışqanlıqlar kimi, çevrə kimi…
 
Sevgi nümayiş deyil.
Sevgi insanın özünə əzab verməsidir. Onun olmazlarını həzm etmək kimi..
Sevgi sevmədiklərini sevməkdir. Sevgi etmədiklərini etməkdir. Sevgi güvənməkdir..
Sevgi sevgili üçün hər kəsə yalan daşımaqdır.
Sevgi müdafiə etməkdir. Bütün baxışlardan, sözlərdən, gözlərdən..
Sevgi canın yansa belə bunu görməzdən gəlməkdir.
Sevgi için qan ağlayarkən onun yanında üzünün gülməsidir. Səbəbi o olsa belə, dünyanı qaraltsa belə..
Sevgi o getdikdə belə, onun üçün onsuzluğa sadiq qalmaqdır. Əvəzləməmək, əvəzlənməmək kimi..
Sevgi ömür boyu əlinə qələm almayanı, şair edəndir. Rəqs etdirən, mahnı oxutdurandır. 
Sevgi 10 günlük tətili yarıda qoyub, 3-cü günündən sonra şəhərinə dönməkdir.
Sevgi paylaşmamaqdır. Diqqət kimi, qayğı kimi…
Sevgi sadəcə sevdiyində öləndir. Məsələn: baxışlarında, qollarında, toxunuşunda, dodaqlarında..
Sevgi yaş fərqi olmadan, dəli kimi aşiq olmaqdır. 50 yaşlı kişinin, 28 yaşlı qıza olan sevgisi kimi…
Sevgi onu danışdırmadan, sadəcə üzünə baxıb gülməkdir. Həm ruhən, həm cismən..
Sevgi qarşılıqsızdır. Qarşılıq gözlədiyin an həm qarşı tərəf bitir, həm də sən..
Sevgi əngəlsizdir. Əngəlli birini sevəcək qədər əngəlsiz..
Sevgi hər zaman eyni şeyləri etmək, lakin sıxılmamaqdır. Hər gün görmək, hər gün öpmək kimi..
Sevgi əsarətdir. Sadəcə ona aid olmaq kimi..
Sevgi cəsarətdir. Hər kəsə meydan oxuyacaq qədər.
Sevgi illərlə, zərrə-zərrə yığılanı bir saniyədə vurub dağıtmaqdır. Maddiyyat, çevrə kimi…
Sevgi sevdiyi üçün hər şeydən vazkeçməkdir. Məsələn: sənin üçün vacib olandan 1 saniyədə vazkeçəcək qədər..
Sevgi ilk fürsətdə "yeşilçam” filminin obrazlarına girib, acizləşmək deyil. Məsələn: "səni sevirəm amma şərtlər ayrılmağımızı tələb edir", "səni unutmayacam” demək kimi…
Sevgi gücdür, bütün dünyanı dağıdacaq qədər, bütün cəmiyyətlərə qarşı çıxacaq qədər güc..
Sevgi çoxalandır. Hər gün daha da çoxalan, onu daha da istəmək kimi..
Sevgi həyəcandır. Hər dəfə ilk dəfə görürmüş, ruhunda kəpənəklər uçuşurmuş kimi həyəcanlanmaq..
Sevgi qarnına sancı dolmağıdır. İstər səbəbli, istər səbəbsiz..
Sevgi həm də qorxmaqdır. Onu itirmək, incitmək kimi…
Sevgi itirməmək üçün qazanandır. Sevgi yalan olan vədlərin, yalan olduğunu bilə-bilə, onu doğru kimi görüb inanmaqdır.
Sevgi möhtəşəmdir. Qarşındakı ilə duyğuların ən gözəlini yaşayacaq qədər möhtəşəm..
Sevgi vaxtını bilə-bilə, boş yerə xərcləməkdir. "Sonunu düşünən qəhrəman olmaz”deyərək yola davam etməkdir.
Sevgi Allahın özüdür. Onu Allahın biləcək qədər. Ona "tapacaq” qədər…
Sevgi gerçək gülüşü unudub, yalandan üzünə gülməkdir. Sevgi bir gün o yalançı gülüşlərdən yaranan qırışları aynada seyr etməkdir.
Sevgi sevdiyinin xoşbəxtliyini kənardan izləməkdir. Mozaxistlik kimi..
Sevgi gözyaşıdır. Qüruru incitmək, aşağılamaq, ürəyi boşaltmaq kimi..
Sevgi sevgilinin xoşbəxtliyi üçün, öz bədbəxtliyini hazırlamaqdır. Nələrisə fəda edəcək qədər..
Sevgi qısqanmaqdır. Gülüşünü belə…
 
Sevgi onun profilini izləyərək ” like”lari tək-tək analiz etməkdir. Bunun üzərində saatlarla vaxt itkisi sərf edəcək qədər..
Sevgi varlığın deyil, yoxluğun acısıdır.
Sevgi hər gün sənə min dəfə aşiq olmaqdır. Sən kimi, sənin kimi..
Məni səhərə qədər özünü düşünmək məcburiyyətində qoyan, insafsız, sevgi sənsən. Günlər, mövsümlər bir-birini əvəz etdiyi halda, sənə hələ də ilk günkü kimi ölməyimdir.
Siqaretim qədər tiryakisi olduğum, içkim qədər başımı döndürən sevgili. Yaşayıb itirdiyim yox, yaşamayıb bilmək istədiyim zərif dərdim, sevgim sənsən.
Səni sevməyimə bəzən sevgim də yetmir..   
 
 
 Image result for sevgi

 
 
Türkan Turan
 
 
 
qadinkimi.com