Çox az adam bilir ki, "Master və Marqarita” romanı sevimli yazıçı Yelena Serqeyevna Nürenberqə ithaf olunub. Bu, Bulqakovun sonuncu və ən güclü sevgisi idi. Sözü gedən eşq onlara dərd və xoşbəxtlik gətirmişdi. Onlar qarşılaşan zaman hər ikisi ailəli idi. Ancaq sonradan qərar verdilər ki, talelərini birləşdirmək üçün mövcud olan ailələrini dağıtsınlar.
Yelena Serqeyevna Nürenberq 1893-cü ildə Riqada müəllim ailəsində anadan olub. O, gimnastikanı bitirəndən sonra ailəsi Moskvaya köçməyə qərar verdi. Bundan üç il sonra 1918-ci ildə Yelena atası məşhur artist, Mamont Dalski adı ilə tanınan Yuri Neelovla tanış olur və onunla evlənir. Toyları tez baş tutur, amma 2 il keçməmiş ayrılırlar. 1920-ci ildə isə Yelena general Evqeni Şilovski ilə tanış olur və onunla nişanlanır.
Şilovski haqqında yalnız yaxşı sözlər demək olar. O, həqiqətən dözümlü kişi və təmiz adam idi. Toydan sonra Yelena ona bir oğlan uşağı hədiyyə edir. Əri xeyirxah, mükəmməl insan olsa da, Yelena xoşbəxt deyildi. Çünki o, özünü tənha hiss eləyirdi. Evqeni çox işləyirdi, qadın isə fikirlərini, fantaziyalarını bir yerə toplamaq üçün tək qalmaq istəyirdi. Ciddi şübhələr, tərəddüdlər ona əzab verirdi.
Yelena 35 yaşına çatanda, günəşli günlərin birində - 1929-cu il fevralın 28-də Mixail Bulqakovla tanış olur. Onların görüşməsi Moisenkonun tablosunda öz əksini tapıb.
Bu illər yazıçı artıq formalaşmışdı. Bulqakov Kievdə anadan olmuşdu, tibb fakültəsini bitirib həkim vəzifəsində çalışırdı. 30 yaşına çatanda o, Moskvaya qayıdır və bundan sonrakı həyatını yaradıcılığa həsr etmişdi. Yelena ilə evlənmək yazıçıya çox müsbət təsir elədi: onun intellekti daha da itiləşdi, aydın məqsədli bir insana çevrildi.
Qırx il sonra Yelena görüşlərini belə xatırlayacaqdı: "Mən Bulqakovla təsadüfən tanış olanda anladım ki, bu, taledir. Heç nəyə, çətin, ağır fəlakətli günlərə baxmayaraq, biz görüşdük və birlikdə yaşadıq. Bu tez, özü də digərlərinə bənzəməyəcək dərəcədə tez baş verdi və mən bütün həyatımın sevgi ilə əhatə olunduğunun fərqinə vardım”. Yelena şübhələrinə son qoydu. O, əri və iki oğlu ilə qala bilmədi.
Sonra da Yelena çox əzab-əziyyətlər gördü və qərara aldı ki, daha yazıçı ilə görüşməsin. O, düz 20 ay Mixail Bulqakovdan qaçdı. Bir gün onlar küçədə təsadüfən qarşılaşdılar. Birinci ifadə şairdən gəlir: "Sənsiz yaşaya bilmirəm”. Yelana da cavabında: "Mən də həmçinin” deyir və onlar bundan sonra heç nəyə baxmadan birlikdə yaşamağa qərar verirlər.
Şilovski arvadı haqqında yazılan romandan xəbər tutanda kişilər arasında uzun sürən mübahisələr başlayır. Bulqakov tapança ilə Şilovskini təhdid edərək qadından əl çəkməsini istəyir. Yalnız Şilovskinin əlində sənəd vardı – boşanarlarsa, oğulları atasıyla qalacaqdı. Buna görə də, Yelena məcburən bir neçə il onunla qalmalı idi. Yarım ildən sonra qadın şairlə bir daha qarşılaşır və onlar bir daha ayrılmamaq üzrə razılaşırlar. Bu vaxt Şilovski sevgililərə əngəl olmaqdan əl çəkir, boşanmaq haqqında sənədi imzalayır və arvadının yeni ailəsi ilə dost qalmaq istəyir. Bu xeyirxah insan, ayrılıqdan sonra qohumlarına boşanma səbəbindən danışmır və deyir ki, iki normal adam kimi bu evliliyi bitirməyə və dost qalmağa qərar veriblər.
Yazıçının "Master və Marqarita” romanı 1936-cı ildə, sentyabrın əvvəlində başa çatdı. Əsas obraz onun xanımı Yelena idi. Onların birlikdə keçirdikləri 8 il yazıçının yaddaşında əbədi olaraq qalacaqdı. 1930-cu illərin başlanğıcında Bulqakovun öz arvadından yalnız bir xahişi olur: "Söz ver ki, sənin əllərində öləcəyəm”. Arvadı bütün həyatını tamamilə ona həsr edəcəyinə söz verdi.
Mixail Bulqakovun 1940-cı ildə tədricən zəifləyərək ölməsindən sonra Yelena bir müddət ağır şəraitdə yaşadı. O, evdəki əşyaları satdı, tərcümə ilə məşğul olmağa başladı, hazır yazıları çap etdi, amma bunların heç birindən yaxşı pul götürmədi. Amma müharibədən sonra o, ərinin yazılarını çap etməklə elə də böyük olmayan qonorar əldə etdi. Yelena əri öləndən sonra cəmi 13 il yaşadı. O, 76 yaşında vəfat etdi.
Oğuz Ayvaz
Mənbə: adalet.az