Ev bizim özəl məkanımızdır. Rahatlığımız evimizdən başlayır.
Evlərin müasir dizaynında minimalizm üslubuna üstünlük verilir. Yəni yaşadığımız məkanın geniş görünməsi və funksionallığı daha önəmlidir.
Bunun üçün ilk növbədə otaqlara mümkün qədər əz əşya qoymaq lazımdır.
Dizaynda ağ rəngə üstünlük verilməsi daha münasibdir. Ağ rəng otağı geniş və işıqlı göstərir. Bu zaman tünd rəngli aksesuarlardan istifadə edə bilərsiz. Yüngül, açıq rənglər tünd rənglərlə gözəl harmoniya yaradır.
Divar kağızlarının da ağ çalarlı, açıq qəhvəyi, boz olması əhvalımıza müsbət təsir göstərir.
Uşaqlar üçün ayrılan otağın həm yataq, həm çalışma odası olduğunu da unutmayın. Uşaqlar öz otaqlarında müxtəlif oyunlarla da məşğul olurlar.
Yataq otağında çiçəklərin olması da sizə xoş əhval verəcək. Tez-tez çiçək almaq imkanınız yoxdursa, dibçək güllərindən istifadə edə bilərsiz.
Ən gözəl interyer elementlərindən birinin güzgü olmasını da unutmayın.
Evin gözəlliyində pərdə də mühüm rol oynayır. Çox rəngli, qarışıq şəkilli pərdələri sevənlər də var. Ancaq çox rəng qarışığı olmayan pərdələr daha sakitləşdirici təsir yaradır. Ağ, boz, narıncı, bənövşəyi çalarlı pərdələr daha gözəl görünür.
Evinizi sevin. Onda o daha gözəl görünür.
Eviniz, günləriniz, qəlbiniz gözəl və rahat olsun.