UŞAQ / BÖYÜK
Qızlarımızı "Atasının şahzadə qızı" kimi nəvazişli yetişdirməliyikmi? Tarix : 30 Noyabr 2024, 22:12
Yazar : Qadinkimi.com

Tez-tez ataların "Qız uşağı ilə nə edəcəyəm ki? Anası ilə vaxt keçirsin" yaxud "Qız uşağı anası ilə daha çox ünsiyyətdə olmalıdır" şəklində düşündüyünün şahidi oluruq. Qəbul edilən bu fikir isə tamamilə yanlışdır.

Atasından yetərli dəstək, sevgi, şəfqət görməyən qız uşaqları böyüdükdə başqa kişilər tərəfindən sui-istifadə edilən, istismar olunan qadınlara çevrilirlər.


Niyə bu belə olur?

Çünki qız uşağının həyatında ən vacib fiqur atasıdır.

Ata və qız arasında münasibətin forması həmin qızın gələcəkdə başqa kişilərlə quracağı əlaqələrin xarakterini müəyyənləşdirir.


Bunun qarşısını necə alaq?

Onları gələcəkdə aldadılmaqdan, cəhalətdən, incinməkdən necə qoruyaq?


 

Qızlarınızı dinləyin ki, qarşılarına çıxan ilk adamın onları dinlədiyini, sevdiyini sanmasınlar.

Qızlarınızı hər zaman izlədiyinizi onlara hiss etdirin ki, gələcəkdə özünü göstərmək üçün yanlış insanlara bel bağlamasınlar.

 

Diqqətlə qızlarınızın gözlərinə baxın, qoyun sizin, onu bütün qəlbi ilə sevən atalarının gözlərində öz həqiqi dəyərlərini anlasınlar ki, yalançı gözlərin baxışlarına aldanmasınlar. Qızınızla əylənin, onları güldürün və sevindirin ki, sonra onu güldürən, əyləndirən ilk kişinin onu sevdiyini düşünməsinlər. Qızlarınızın qəlbini gələcəkdə yaralanmaqdan qoruyun. Sevginizlə qoruyun.

Məhdudlaşdırmayın, qızlarınıza təhsil verin, onlara güvənin.

Onlara güc verin ki, kənarda söykənməyə başqa birisini axtarmasınlar.


 

Qadinkimi.com