BURA / ORA, UŞAQ / BÖYÜK
Qızınıza bunları demək üçün mütləq vaxt tapın Tarix : 17 Noyabr 2022, 14:00
Yazar : Qadinkimi.com
Ana olmaq - böyük xoşbəxtlikdir. Ancaq eyni zamanda çox ağır, məsuliyyətli, mənəvi yüklü bir işdir. Öz ciyərparanıza  dünyanın nağıllarda təsvir olunduğu qədər sadə və gözəl olmadığını münasib bir dillə izah etmək vacibdir. Bilirik ki, insanın formalaşmasına. həyatına  ətrafın - sosial mühitin təsiri böyükdür. Övladınızı yetkin həyata hazırlamalı olan da elə məhz sizsiniz.


Biz qızlarımızı  şahzadələr kimi yetişdirməyə öyrəşmişik və bunda çox haqlıyıq. Lakin  eyni zamanda onlara  həyat yolunda çətinliklərin ola biləcəyini, həmişə "göydən üç alma” düşmədiyini də izah etməlisiz. Ona bütün çətinliklərin öhdəsindən gəlmək ruhunu da siz verməlisiz. Saytımız, yetkinlik yaşına çatmadan qızınıza bu 21 həqiqəti söyləməyinizi  məsləhət görür. 
 
 

Qızın tərbiyəsi

1. Sevgi həmişə xoşbəxtlik demək deyil. Uğursuz münasibətlərdən dərs götürmək və səhvləri anlamaq etiraf etməyi bacarmaq lazımdır. Lakin heç bir halda sevgiyə inamı itirmək olmaz.

2. Xoşbəxt olmaq -  həyat seçimidir.Xoşbəxtlik yalnız pula, karyeraya və maddi təminata bağlı deyil.

3. Kişilərlə ehtiyatlı olmaq lazımdır. Gözəl sözlərin və hərəkətlərin arxasında yalnız qısamüddətli şəxsi maraqların gizlənə biləcəyini unutmaq olmaz.

4. Əsas – özünə hörmət və sevgidir. Heç bir kişinin səni vurmağa, təhqir etməyə və alçaltmağa haqqı yoxdur. Qeyri sağlam münasibətlərdən qurtulmaq üçün cəsarətli olmalısan.

5. İntuisiyanı dinləməyi öyrənməlisən və hər önünə gələni yaxın buraxmamalısan. Bütün insanlar etibarlı deyil.


6. İnsanın çox dostu olmur. Yalnız sevincli və çətin anlarında yanında olan insanları özünə  yaxın buraxmalısan.

7. Göz yaşlarını saxlamağa ehtiyac yoxdur. Həm güclü, həm də zəif qadınlar ağlayır. Emosiyalarına azadlıq ver, onlara yol açmaq gərək!  Axı hər bir qadının sağlamlığı birbaşa psixo-emosional vəziyyətindən asılıdır.

8. Xarici görünüş qadın üçün önəmlidir, amma əsas deyil. Daxili gözəllik, gənclik keçsə belə, istənilən qadını  bəzəyən bir nur bəxş edir.

9. Nəyisə etməzdən əvvəl, nəticələr, yəni daha sonra yaşamalı olacaqların haqqında düşünməlisən. Kütlənin ardınca getmək lazım deyil, həmişə öz fikrin olsun.

10. Başqalarına hörmət etmək və onlara yaxşılıq arzulamaq gözəldir. Amma ilk növbədə özünü düşünməli, özünü qəbul edib sevməlisən.

11. Tənqidə qarşı da rahat ol, lakin başqalarının fikirlərini ürəyinə çox da yaxın buraxma. Onlar sadəcə paxıllıq edə bilərlər və ya özünə hörmət hissləri aşağı ola bilər. Öz gücünə əminlik - uğurun açarıdır.

12.İnsanlar həmişə səmimi deyillər və çox vaxt aldadırlar. Həqiqəti yalandan ayırmağı öyrənməlisən.

13. Başqalarına  şəxsi həyatın haqda çox məlumat vermə.  Xüsusilə ailədəki münaqişələr və çətinliklər haqqında danışmaqdan vaz keç. Özünə qarşı əlavə  qısqanclıq və qəzəb yaratmaq lazım deyil.

14. Sənin olanlara sevinməyi bacar. Lakin daha yaxşılara nail olmaq üçün usanmadan çalış. Dayanma.

15. Həyatda bir hədəfin olsun. İşlərini planlaşdırmağı və qarşına məqsəd qoymağı bacar. Heç bir şey öz-özünə baş vermir.

16. İnsanın həyatı yalnız onun əlindədir. Güclü bir dayağın olsa belə, müstəqil olmalısan. Heç kimin həyatına tamamilə nəzarət etməsinə və nələrsə diktə etməsinə icazə vermə.

17. Yaxşılığı sakitcə etmək lazımdır. Bununla öyünmək lazım deyil.

18. Bağışlamağı bacarmaq gərəkdir. Öz daxili rahatlığın üçün  qəzəb və inciklikləri özünə yük eləmə. 

19. Münasibətlərdə çətinliklər həmişə olur. Problemsiz bir münasibət görürsənsə, deməli çoxdan bitib. Mühüm olan - hər şeyin öhdəsindən birgə gəlmək, münaqişəli durumu danışaraq çözə bilmək və güzəştə getməkdir.

20. Keçmişdə eşələnmək lazım deyil. Keçmiş artıq keçmişdir və  sadəcə tarixdir, yaşananlardır. Əsas – indiki anı yaşamaq və gələcək haqqında düşünməkdir.

21. Həyat - gözəldir! Çətinliklər olur, lakin hər çətinliyin arxasından həmişə bir  işıqlı zolaq gəlir.Hər gecənin işıqlı sabahı olduğunu unutma!
 

 
Çevirdi: Günel Dəniz
Qadinkimi.com