UŞAQ / BÖYÜK
QIZI NECƏ TƏRBİYƏ ETMƏLİ?.. Tarix : 26 Mart 2020, 11:25
Yazar : Qadinkimi.com
Əsl qızı necə yetişdirməli: ondan xanım, yoxsa şahzadə düzəldək? Bir də ki, ümumiyyətlə, oğlanla qızın tərbiyəsində prinsipial fərq varmı? Zənnimcə, hər iki cinsdən olan uşaqların tərbiyəsində əsas prinsiplər və yanaşmalar çox yaxındır. Bizim məqsədimiz insan, şəxsiyyət yetişdirməkdir. "Qadının yeri mətbəxdir və o, təkcə yemək bişirməlidir” steorotipləri çoxdan keçmişdə qalıb. İndi bərabər hüquqlar və imkanlar təbliğ edilir.

• Qıza zərif cinsin nümayəndəsi olmasını və boyundan böyük işlərin öhdəsindən gələ bilməyəcəyini təlqin etmək düzgün deyil. Əksinə, ona çox şeyə gücünün çatdığını, öz hüquq və öhdəliklərinə malik olduğunu söyləmək lazımdır.

• Qız uşağı ilə ünsiyyətdə uğurun rəhni ana ilə ata arasında bərabər paylanıb. Valideynlərin hər ikisi övladlarının məziyyətlərini nəzərə çarpdırmalı və nöqsanlarını ehtiyatla baş salmalıdır.

• Qız uşağının tərbiyəsində sözlərə də xüsusi diqqət yetirmək lazımdır, axı bu incə məsələdə təkcə qulluq və daimi qayğı deyil, dəm də valideynlərin övladları ilə necə danışması xüsusi əhəmiyyət kəsb edir. Təqlid üçün əsas nümunə rolunda çıxış edən valideynlərin necə və nə danışdıqları qızların daxili dünyasındakı mənzərəni və xarici mühitdəki yerini formalaşdırır. Üstəlik, onun üçün yeni üfüqlər ifadə edir. Qızını tərbiyə edən ananın "Qız uşaqları özünü belə aparmırlar” dediyini tez-tez eşitmək olar. Bu zaman cinsindən asılı olaraq, uşağın əməlinin qiymətləndirilməsi önə çəkilir. Ona görə də övladınız elə düşünəcək ki, oğlanlara bu cür etmək olar, bu isə uşağın təhtəlşüurunda özünün "düzgün olmaması” barədə fikirlər formalaşdıracaq.

• Qızınızın fikrinə də kifayət qədər diqqət nümyiş etdirin, onu dinləməyi bacarın, tərifə xəsis olmayın, onun uğurlarına laqeyd qalmayın. Qızınızın ağlamasına mütləq reaksiya verin. Məlum reaksiya onda anasının istənilən vəziyyətdə köməyə gələ biləcəyi əminliyi yaradacaq ki, bu da ümumilikdə əminliyə və müdafiə hissinə zəmin verəcək.

• Qızınıza sevginizi göstərin. Sevgiyə layiq olduğunu daima sübuta yetirmək şəxsiyyəti məhvə sürükləyir. Hədsiz cidd-cəhd, özünün sevimli olduğunu dərk etməmək və qurbanlıq kompleksi – bütün bunlar valideyn etinasızlığının nəticəsidir.

• Qızınızın məziyyətlərini həmişə nəzərə çarpdırın, onun gözəl olduğunu söyləyin, qüsurlarını ələ salmayın, axı bütün bunlar onun özünün və bədəninin təkrarsız cizgiləridir. Deyilənlər xüsusilə də ataya aiddir, axı o, qızı üçün həyatının ilk və əsas kişisidir. Məhz buna görə də qızın ata ilə uşaqlıqda münasibətlərinin necə qurulması onun gələcəkdə əks-cinsin nümayəndəsi ilə ilə qurduğu münasibətlərə birbaşa təsir göstərir.

• Qızınıza uşaqlıqdan insanlardan baş çıxarmağı öyrədin, onun üçün təhlükəli ola biləcək, təkcə sağlamlığına və həyatına deyil, həm də nüfuzuna xələl gətirə biləcək vəziyiyyətlərdən danışın.

• Qızınızı uşaqlıqdan ev işlərinə: səliqə-səhmana, paltar yumağa və biş-düş etməyə alışdırın – bunlar həyatda həmişə lazım olacaq.

• Qızınızın başqalarına kömək etmək istəyini, başqasının ağrısını duymaq bacarığını həmişə qiymətləndirin.

• Qızınızda fərdiyyəti inkişaf etdirin, şəxsiyyətinin inkişafına təkan verin.

• Heç vaxt qızının təşəbbüsünün qarşısını almayın, amma həm də ona ətrafdakıların fikirlərini dinləməyi öyrədin.




Müəllif: Larisa Surkova. "Uşağınız 3 yaşından 7 yaşınadək: intensiv tərbiyə" kitabından
qadinkimi.com