Övlad yetişdirmək həqiqətən bir sənətdi. Təəssüf ki, hər ana yaxşı uşaq yetişdirə bilmir və mütəxəssislərin təkidlə üzərində durduğu bu 10 məsləhət xüsusilə qız övladı böyüdən analar üçün nəzərdə tutulub. Əziz analar, qızınızı böyüdərkən peşəkar insanların təqdim etdiyi bu məsləhətlərə də fikir verin.
1. Qızınızın gözlərinin bir ömür sizin üzərinizdə olduğunu, sizin təsdiq və razılığınıza çox ehtiyacı olduğunu unutmayın. Siz qızınızın rol modelisiz, sizə baxacaq və özünü inşa edəcək.
2. Hər vəziyyətdə qızınızla münasibətinizi, əlaqə bağlarını qoruyun. Sizin təsdiqləmədiyiniz bir davranışı olsa belə dərhal təpki vermədən sonadək onu dinləyin.
3. Qızınıza qarşı ağzınızdan çıxan sözlərə çox diqqət edin. Qızlar analarına meydan oxumağı sevər. "Tərbiyəsiz" dediyiniz qızınız qısa müddətdə nə qədər tərbiyəsiz olduğunu sizə sübut edər.
4. Üç yaşından etibarən qızınıza yaşına uyğun məsuliyyət verin.
5. Heç vaxt qızınızla bağlı gerçəkləri atasından gizlədərək qızınızla birgə koalisiya yaratmayın. Qızınızı atasından uzaqlaşdıraraq, yalnızlaşdıraraq digər kişilərin dünyasına itələməyin.
6. Qızınıza hər dəfə baxdığınız zaman ana olacağı gerçəyini və bu qızdan doğulacaq nəsilləri ağlınızdan çıxarmayın. Buna görə də, qızınızın qəlbinə, zehninə və ruhuna nələr qatdığınıza çox diqqət yetirin.
7. Qızınızdan sizin xəyallarınızı gerçəkləşdirməsini gözləməyin.
8. Qızınızı dinləmək üçün daha çox vaxt ayırın. İndi ayırmadığınız vaxtları gələcəkdə, qızınız öz problemi ilə məşğul olmaq üçün sizdən bir daha istəyəcək.
9. Qızınıza iffətli olmağın nə demək olduğunu başa salın və bunu ona təzyiq etmədən hiss etdirin.
10. Qızınızı gələcək üçün hazırlayın, lakin çox məsləhət verməyin. Unutmayın ki, o öz həyatını yaşayacaq.
Ayan, Qadinkimi.com üçün