YAZI / DÜŞÜNCƏ
QIRX YAŞINDAN SONRA FƏRQİNƏ VARDIQLARIM... Tarix : 01 Dekabr 2022, 14:26
Yazar : Qadinkimi.com
"Mən artıq bəzi şeylərə səbr göstərmirəm: Çoxbilmiş birinə çevrildiyim üçün yox, əksinə, artıq məni üzən, kədərləndirən şeylərlə vaxt itirmək istəmədiyim nöqtəyə çatdığım üçün...
Söz atmacalarına, sərhədsiz tənqidə və hansı növ olursa olsun, tələb və gözləntilərə artıq dözümüm yoxdu. 
Məndən xoşu gəlməyən insanları məmnun etməyə, məni sevməyən insanları sevməyə və mənə gülümsəməyən insanlara gülümsəməyə məcbur deyiləm. 
Artıq yalan danışan və məni idarə etmək istəyən insanlara bircə dəqiqəmi də xərcləmirəm. Oyunlar, ikiüzlülük, saxtakarlıq və ucuz təriflər olan mühitdən qaçıram. 
Çoxbilmişliyə və akademik lovğalığa dözümüm yoxdu. Eyni şəkildə boş dedi-qodulara da yoluxmaq istəmirəm. Uyğunsuzluqlardan və müqayisələrdən acığım gəlir.
Fərqliliklərdən, hətta ziddiyyətlərdən ibarət olan bir dünyaya inanıram, bu səbəbdən də radikal və tolerantlığı olmayan insanlardan qaçıram.
Dostluqda sədaqətsizliyi və xəyanəti keçə bilmirəm. 
Birini necə ürəkləndirəcəyini, ya da cəsarətləndirmək üçün nə deyəcəyini bilməyən insanlarla bir arada olmaq istəmirəm. 
Şişirtmələr də məni sıxır.
Və hər şey bir yana, səbirimə layiq olmayan heç kimə dözümüm yoxdu".

MERYL STREEP

Qadinkimi.com