DƏB VƏ BAXIM, HƏR ŞEY / HEÇ NƏ
Qara ciyərin bir sıra vəzifələri var Tarix : 06 İyun 2021, 00:25

 

Qara ciyərin bir sıra vəzifələri var. Birinci növbədə o, vəzi olduğu üçün öd və sidik cövhəri ifraz edir.


Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur.

Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana ötürülür.

Bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir.

 

Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.)

 

Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur. Qaraciyəri toksinlərdən təmizləyən qidalar Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır.

 

Qaraciyərin toksinlərdən təmizlənməsində bu ərzaqların təsiri böyükdür.

 

 

 

Su

 Suyun faydaları nelerdir? Su içmek zayıflatır mı? Günde ne kadar, en fazla kaç litre içilmeli? - Sağlık Haberleri


 

 

Təmiz içməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə - su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasını istəmirsinizsə, su için.

 

 

Sarımsaq

 

Sarımsağın faydaları nelerdir? Sarımsak tozu ne işe yarar? Bir tane çiğ sarımsak yutarsanız... - Sağlık Haberleri 

 

 

Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar.

 

Sarıkök

 

 

Bu ədviyyatdan istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir.

 

Limon

 

 

İlıq su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir.

 

 

Alma

 

 

Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir.

 

 

Çuğundur

 


Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir. Qaraciyəri sağlam saxlamaq istəyirsinizsə, tez-tez bişmiş çuğundur yeyin. Çuğundurun qaraciyərə olan faydalı təsirini artırmaq üçün onu dilimləyib bir az sarıkök və istiot əlavə edin. Sarıkökdə olan kurkumin maddəsi qaraciyərdə iltihabı azaldır, istiot isə sarıkökün təsirini daha da artırır.

 

CUGUNDUR SIRESI... - Vitamin Freshfruit | Facebook

 

 

qadinkimi.az