4 İyun 1913: Emily Davison - qadınların seçim haqqı üçün etiraz etdi.
Emily Davison, 4 İyun 1913 tarixində Epsom Kraliyyət At Yarışı keçirilərkən əlində qadınlar üçün seçim haqqı tələb edən Sufrajizm (qadınların seçim haqqını tələb edən) hərəkatının bayrağı ilə, kral beşinci Georqun atının önünə atılır.
Məqsədi qadınların seçmə və seçilmə haqqı tələblərini çatdırmaq idi. Ağır yaralanan Emily, 8 İyunda həyatını itirir.
Etdiyi etiraz çox təsirli olur. Çünki İngiltərədə ən çox izlənən at yarışı olan Epsom Kraliyyət Yarışını 300.000 adam izləyirdi. Ayrıca, yarış filmə çəkilirdi. Günlərcə, aylarca bu mövzu danışıldı.
Emily Wilding Davison, 11 Oktyabr 1872-ci ildə Londonun cənub-şərqində, Blackheathda doğulub. Royal Holloway Collegeda ve Oxford Universitetində oxuyub. 1906-cı ildə Emmeline Pankhurst tərəfindən qurulan "Qadınların Sosial və Siyasi Birliyi”nə qatılıb. Üç il sonra müəllimliyi tərk edərək bütün vaxtını qadınların seçim haqqı üçün mübarizəyə ayırıb.
Emily Davison, səkkiz dəfə həbsxanaya düşüb. Qadınlara seçim haqqı üçün hazırlanan etirazlara qatılıb. Üzvü olduğu, 1903-cü ildə qurulmuş olan "Qadınların Sosial və Siyasi Birliyi”nin sloganı: "Söz deyil, etiraz istəyirik!” idi.
Emily Davisonın ölümünə səbəb olan atın önünə atılması hadisəsi, onun ilk mübarizə addımı deyildi.
Holloway həbsxanasında olarkən iki dəfə dəmir barmaqlıqların üzərinə atılmış və ölümdən dönmüşdü.
qadınkimi.com