FEMİNİZM
Qadınlar üçün tibbə yol açan doktor Sofiya Tarix : 21 Yanvar 2019, 22:03
Yazar : Qadinkimi.com
Uğurun yolu ilklərə imza atan, qadağaları dağıdan, özünü və həmcinslərini xilas edən feminist qadınlar üçün asan olmayıb. O çətin və ağır yolu keçə bilən, əngəlləri yaran qadınlardan biri də doktor, müəllim, feminist Sofiyadı. Qadınlara tibb təhsilinin yolunu açan Sophia Jex-Blake 21 Yanvar 1840 - cı ildə İngiltərədə anadan olub. 

 


İngiltərədə dünyaya gələn Sophia Jex-Blake, tibb təhsili üçün müraciət etdiyi qurumlardan yox cavabı alır. Gələn cavabda, "Universitetin bir xanıma görə lazımi tənzimləmələri edə bilməyəcəyi" kimi anlamsız bir əsasın yer aldığını görüb qəzetə elan verir və özü kimi tibb təhsili almaq istəyən qadınları, başladığı kampaniyaya qoşulmağa çağırır. 

Sonunda "Edinburq yeddiliyi" - deyə xatırlanan qadınlarla birlikdə apardıqları akademik müraciət qəbul edilir. Amma mübarizələri bununla bitmir. Universitetin daxilində və xaricində təhqirə məruz qalırlar, təhdid edilirlər; Anatomiya imtahanından əvvəl 200 nəfərlik bir izdiham onlara palçıq və zibil atır. Sophia Jex-Blake Yanvar 1877-ci ildə, Almaniyadakı Berne Universitetinin imtahanlarını uğurla keçərək tibb elmləri doktoru adını alır və Edinburqa dönərək qadınlar üçün tibb məktəbi açır.