QADIN / KİŞİ
Qadın tank kimi davranırsa Tarix : 11 Oktyabr 2025, 14:00
Tale təsadüfi deyil. O, qarşınıza ya sizin ehtiyac duyduğunuz insanları, ya da sizə ehtiyacı olanları çıxarır. Bəzən həyatın qəribə dönüşləri sizi doğru insanlarla bir araya gətirir. Bilin ki, bu insanlar məhz bu anda sizə gərəkdir. Ya siz onların həyatına işıq olursunuz, ya da onlar sizin.
 
Əfsuslar olsun ki, ailə münasibətlərində bir çox cütlüklər arasında mübarizə, üstünlük uğrunda savaş müşahidə olunur. Tərəflər bir-birini əzməyə, idarə etməyə, öz mövqeyini sübut etməyə çalışırlar. Halbuki ailə döyüş meydanı deyil - hörmətin, anlayışın və birliyin məkanıdır.

Medicina.az - Kişi və qadın bir-birini niyə başa düşmür?
Qadın kişi ilə qarşıdurmada olanda, mübarizəyə girəndə, kişidə dərhal qalib gəlmək, sübut etmək, əzmək və ya uzaqlaşmaq instinkti işə düşür. Bu, biologiyadan, instinktdən, qədim proqramdan qaynaqlanır: qarşı duran varsa, deməli düşməndir. Halbuki müdriklik, yumşaqlıq və anlayış münasibətlərin əsas dayağıdır.

Qadın zəif deyil, müdrik olanda; tələb etməyib xahiş edəndə; nəzarət etməyib güvənəndə - kişidə tam fərqli bir güc oyanır: qoruyucu, dayaq və xilaskar gücü. Kişi faydalı olmaq istəyir, məsuliyyətdən qaçmır, mənasızlıqdan qaçır.

Əgər onun yanında hər şeyi bilən, bacaran, qərar verən bir qadın varsa, kişi öz rolunu itirir. Tez-tez eşidirik: "Bəs hanı o güclü kişilər?” Gəlin dürüst olaq - əgər qadın özü zireh kimi, tank kimi davranırsa, güclü kişiyə yer qoymursa, ona nə qalır? Axı o qadının qəhrəmanı olmaq üçün gəlib, rəqibi olmaq üçün yox.

Bir 2 nəfər şəkili ola bilər 

Buna görə bəzən kişi gedir. Zəif olduğu üçün deyil, lazım olmadığı üçün. Əgər qalırsa, bəzi qadınlar bunu zəiflik kimi qəbul edir və onu dəyişməyə, özünə uyğunlaşdırmağa çalışır. Beləcə, güclü kişi zamanla yumşaq, iradəsiz birinə çevrilir. Qadın ona hörmətini itirir və yenidən tək qalır. Gündüz gülümsəyir, özünə əmin addımlarla yeriyir, qərarlar verir, həyatı idarə edir. Gecə isə yastığa təkliyinin göz yaşını tökür.

Bəs çıxış yolu nədir? Qadının gücü kişi kimi davranmaqda deyil. Onun gücü yumşaqlıqda, güvəndə, intuisiya və ilhamda gizlidir. Qadın öz qadın mahiyyətini ortaya qoyanda, kişi onun yanında çiçəklənir. O, qadının qəhrəmanına çevrilir. Və artıq aralarında mübarizə yox, qarşılıqlı hörmətə əsaslanan bir ittifaq yaranır.
 
Bir 1 nəfər şəkili ola bilər
Hamıya belə ittifaq arzu edirəm.
 
 

 
Allahverdi İsrafilov, polis polkovniki.
Qadinkimi.com