Prezident yeni nazirlər təyin etdi Tarix : 20 İyun 2019, 18:07
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyinatlarla bağlı bir neçə sərəncam imzalayıb. 
Prezidentin qərarına əsasən:
Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. 
Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. 
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib. 
Əli Nağı oğlu Nağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
 

qadinkimi.com